Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR
Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR
Hindistanın xarici turistlərin qəbulunda ilkin şərtləri məlum olub.
Bu barədə ATOR xəbər yayır.
Bildirilir ki, Hindistan hökuməti COVID-19 pandemiyası şəraitində xarici qonaqları qəbul etmək üçün bir sıra təlimatlar hazırlayır.
Ola bilsin ki, ölkə beynəlxalq təcrübədən istifadə edəcək.
Beləliklə, Hindistana gələn bütün turistlər ya COVID-19 peyvəndi barədə sertifikat, ya da yola çıxmadan 72 saat əvvəl edilən PCR testinin mənfi nəticəsini təqdim etməlidirlər. Və ya onlar belə fürsətin olduğu hava limanlarına gəldikdən sonra testdən keçəcəklər.
Turistlər yalnız onları qəbul edən turoperatorla səyahət edə biləcəklər. Ölkəyə gəlməzdən əvvəl onunla yerləri və hotelləri, eləcə də əlaqələri göstərən "marşrut vərəqəsi"ni razılaşdırmaq lazımdır. Həmin vərəqin Hindistan hava limanında səhiyyə işçilərinə təqdim edilməsi tələb olunacaq.
Həm də turistlər Hindistana getməzdən əvvəl əvvəlki anti-covid statuslarını təsdiqləyən bəyannamə forması doldurmalıdırlar. Gedişdən əvvəl COVID-19 əlamətləri varsa, onlara səhhətlərinə nəzarət etmələri və səyahət etməmələri tövsiyə olunacaq.
Gəlişdə bütün qonaqlar təmassız termometriyada gözləyəcək. Koronavirus əlamətləri olan turistlər təcrid ediləcək və müayinə olunacaq. PCR test nəticələri müsbət olarsa, onlar mövcud müalicə protokoluna əsasən təcridə göndəriləcəklər.
Termometriyada və gəlişdə müayinə zamanı koronavirus testi mənfi olan və koronavirus əlamətləri göstərməyən turistlərin hotellərinə səyahət etmələri və daxili əlaqəli uçuşlardan istifadə etmələri təmin olunacaq.
Hindistanda olarkən qonaqlardan ən azı iki metr sosial məsafəni qorumaq və daima qoruyucu maskalardan istifadə etmək tələb olunacaq.
Sənəddə hoteldə qalma qaydaları da qeyd olunur, təmassız xidmət formaları - QR kodlar, onlayn formalar və elektron ödəmələrdən istifadə tövsiyə edilir.
Bütün təsvir olunan yeniliklərin nə vaxt tətbiq ediləcəyi hələ dəqiq deyil. Yəqin ki, ölkədə koronavirus əleyhinə peyvəndləmə nəzərə alınmaqla proses yenidən başlayacaq. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var