Hindistanlı hakim: "Yer üzündəki problemlərin səbəbi inəklərin kəsilməsidir
Hindistanlı hakim: "Yer üzündəki problemlərin səbəbi inəklərin kəsilməsidir"
Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şübhəli bilinən şəxsi ömürlük həbs cəzasına məhkum edib. Hakim Samir Vinodçandra Vyas hökmü elan edərkən bildirib ki, inəklərin kəsimi dayandırılanda dünyanın bütün problemləri həll olunacaq.
"Yer üzünə bir damla da inək qanının düşmədiyi gün bütün problemlər həll olunacaq və Yer üzünün rifahı hökm sürəcək", - deyə məhkəmənin qərarında bildirilir.
Sənəddə, həmçinin inəyin təkcə heyvan deyil, həm də ana olduğu bildirilir.
Qeyd edək ki, məhkəmədə 2020-ci ilin avqustunda 16-dan çox inəyi və buzovu qanunsuz daşıdığına görə həbs edilən Məhəmməd Əminin işinə baxılıb. Məlumata görə, yük maşınına yığılan heyvanların uzanma və yeyib-içmə şəraitləri olmayıb.
Hakim hökmü oxuyarkən bildirib ki, inəklərin keyfiyyətsiz daşınması, kəsilməsi ağrı və kədər işidir:
"İnək peyinindən tikilmiş evlər atom radiasiyasından təsirlənmir, inək sidiyi bir çox sağalmaz xəstəliklərin dərmanıdır. İnəklər bədbəxt olduqca, sərvətimiz, malımız yox olur. İnəklərin sayı kəskin şəkildə azalıb və elə bir vaxt gələcək ki, inəklərin yalnız rəsmi çəkiləcək", - deyə hakim bildirib.
O, bu gün mövcud olan problemlərin əsəbiliyin və qaynar temperamentin yayılması ilə bağlı olduğunu vurğulayıb.
"Bunun artmasının yeganə səbəbi isə inəklərin kəsilməsidir. Bu, tamamilə qadağan olunana qədər, sattvik iqlim dəyişikliyi öz təsirini göstərə bilməz", - deyə məhkəmə qərarını verib.
Hinduizmdə saflığı və bolluğu təmsil edən inək müqəddəs heyvan sayılır.
Mənbə: Bar and Bench / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR