Hindistanlı qadın 38 dişi ilə Ginnesin Rekordlar Kitabına düşüb - FOTO
Hindistanlı qadın 38 dişi ilə Ginnesin Rekordlar Kitabına düşüb - FOTO
Hindistan sakini dünyada ən çox dişə sahib qadın kimi qəbul edilərək, bu xüsusiyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.
Dünya rekordunu 26 yaşlı hindistanlı Kalpana Balan qırıb. Onun 38 dişi var ki, bu da əksər insanlardan 6 diş daha çoxdur: onun alt çənəsində əlavə 4 diş, yuxarı çənəsində isə əlavə 2 diş var.
Qızın ağzında əlavə dişlər onun gənc yaşlarında çıxmağa başlayıb. Bu proses ona heç bir ağrı verməsə də, valideynləri qızının həkimə müraciət etməsini və əlavə dişlərin çıxartdırmasını tövsiyə ediblər. Lakin bu prosedurdan qorxduğu üçün qız dişlərini saxlamağa qərar verib.
Kalpananın sözlərinə görə, onun əlavə dişləri ağrımasa da, yemək yeyərkən onu narahat edirlər.
Öz növbəsində rekordçunun diş həkimləri qeyd edirlər ki, bu son hədd deyil, çünki qadın gələcəkdə daha iki diş çıxaracaq.
"Ginnesin Rekordlar Kitabına düşdüyüm üçün xoşbəxtəm. Bu, həyatımın ən əsas nailiyyətidir", - deyə Kalpana bildirib.
Kişilər arasında analoji rekord kanadalı Evano Melloneyə məxsusdur. Onun 41 dişi var.
Tibbdə əlavə dişlərin olması hiperdentiya və ya poliodontiya adlanır. Statistikaya görə, dünya əhalisinin 3,8%-nin bir və ya bir neçə əlavə dişləri var. Hiperdentiyanın dəqiq səbəbi bilinməsə də, dişlərin formalaşması prosesinin pozulmasının nəticəsi olduğu hesab olunur.

Mənbə: Hindustan Times / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR