Hökumətin ölkədə COVID-19-u sıfırlamaq planları: Yalan məlumatlar virus qədər təhlükəlidir - ŞƏRH

 Hökumətin ölkədə COVID-19-u sıfırlamaq planları: Yalan məlumatlar virus qədər təhlükəlidir - ŞƏRH Hökumətin ölkədə COVID-19-u sıfırlamaq planları: Yalan məlumatlar virus qədər təhlükəlidir - ŞƏRH
Dünyada yayılan və pandemiya halına gələn koronavirusla (COVID-19) əlaqədar Azərbaycan hökuməti hərəkətə keçib.
Martın 13-də Nazirlər Kabinetinin yanında operativ qərargahın yaydığı məlumatda Azərbaycanda bir ay müddətinə tətbiq ediləcək bəzi sosial izolyasiya tədbirləri açıqlanıb.
Həmin siyahıya nəzər yetirəndə görürük ki, Azərbaycan hökumətinin əhalinin sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər planı bütün sahələri əhatə edir.
Bir ay müddətinə kütləvi tədbirlərin təxirə salınması ilə bağlı qabaqlayıcı tədbirlər planına toyların və yasların qadağan edilməsi (dəfn mərasimi istisna olmaqla), ölkə üzrə kinoteatrların, muzeylərin, teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyətinin dayandırılması daxildir.
Həmçinin restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan olunur.
Saat 21:00-dan sonra fəaliyyət göstərən klubların və barların fəaliyyəti dayandırılır.
Bununla yanaşı, bir çox ölkələr üçün ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata, davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi səciyyəvi hal alıb. Bu baxımdan Azərbaycan İran və Gürcüstanla sərhədləri müvəqqəti bağlayıb.
Prezident İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında deyib ki, koronavirusla mübarizə üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Məqsəd lazımi tədbirlərin görülməsinin daha da sürətləndirilməsidir.
Qabaqlayıcı tədbirlərin nəzəriyyədən praktiki müstəviyə daşınması onu göstərir ki, Azərbaycan dövləti üçün vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi ən vacib və prioritet məsələdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bəyan edirlər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hökumətin addımları infeksiyanın xaricdən daxil olmasını minimum səviyyəyə endirmək və ya sıfırlamaq məqsədi daşıyır.
Bildirək ki, Azərbaycan hökuməti əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi tədbirlərin əhatə dairəsini daha da genişləndirərkən ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alıb.
Belə məqamlarda ictimaiyyət arasında çaşqınlıq yaradan, ictimai rəyi neqativ məcraya yönəldən yalan məlumatlar özü də virus qədər təhlükəlidir. Məqsədli şəkildə ictimaiyyət arasında süni ajiotaj yaratmaq, insan psixologiyası üzərindən manipulyasiyalar etmək, bununla auditoriya toplamaq qəbuledilməzdir.
Nazirlər Kabineti yanında operativ qərargah xəbərdarlıq edib ki, hazırda aidiyyəti orqanlar tərəfindən şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.
Bu xəbərdarlıq həmin şayiələrə inanan və şayiənin "metastaz" verərək miqyasının böyüməsinə şərait yaradan insanlara da bir mesajdır.
Buna görə də, əhali rəsmi xəbərlərə etibar etməli, hər ağızdan deyilən sözlərə inam bəsləməməlidir.
Qeyd edək ki, ən son rəsmi məlumata görə, koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş üç Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Ümumilikdə, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan altı nəfəri artıq müalicə olunaraq sağalıb.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 14 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri