Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTO

Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTOHollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTO
Bir müddət öncə Silvestr Stallonenin boşanma ərəfəsində olduğu barədə xəbərlər yayıldı. Aktyor bu iddiaları təkzib etsə də 25 ildir çiynində olan və üzərində həyat yoldaşı təsvir edilən döyməsini itinin şəkli ilə əvəzləməsi bu şayiələri daha da körükləndirdi.
Ancaq bu Hollivud ulduzlarının sevgililəri və ya həyat yoldaşları ilə ayrılıqdan sonra xatirlərini silməsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl də məşhurlar analoji addımları atıblar.
Oxu.Az onlardan bəzilərini təqdim edir.
Bir vaxtlar Ancelina Coli keçmiş əri Billi Bobun adını sol çiyninə döymə etdirmişdi. Ayrıldıqdan sonra aktrisa həmin döyməni Bred Pittin (hazırda keçmiş əri) və uşaqlarının doğum yerlərinin koordinatları ilə əvəzləyir.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTOConni Depp və Vaynona Rayder Hollivudun ən parlaq cütlüklərindən olub. Sevgilisinin şərəfinə aktyor "Winona forever" ("Əbədi Vinona") döyməsi etdirdi. Laki onunla ayrıldıqdan sonra Conni tatunu "Wino forever" ("Əbədi sərxoş") yazısı ilə əvəzlədi.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTOMəşhur müğənni Mark Entoni də Cennifer Lopezdən ayrıldıqdan sonra keçmiş arvadının adını abstrakt təsvirlə əvəzləmişdi.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTOMüğənni Kristina Aqilera Cordan Bratmanla evliliyi zamanı qoluna qırmızı rəngdə "Te amo siempre" ("Əbədi səni sevəcəm") döyməsi etdirib. Boşandıqdan sonra ulduz döymənin ortasında keçmiş ərinin adının baş hərflərini dəyişdirdi.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTODeniz Riçards və Çarli Şin 2002-ci ildə sevgilərinin simvolu kimi cüt tatu elətdirdilər. 2005-ci ildə onlar ayrıldıqda Ç.Şin "Deniz" sözünü lazerlə sildirdi, Deniz də onun yolunu gedərək Çarlinin adı olan döyməsini pəri təsviri ilə əvəzlədi.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTOBasketbolçu Toni Parkerin şərəfinə Eva Lonqoriya biləyinə sevgilisi ilə toy tarixini, boynuna isə "Nine" ("Doqquz" - Parkerin oyun nömrəsi) sözünü döymə elətdirmişdi. Boşandıqdan sonra Eva hər iki döyməni sildirdi.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTOAntonio Banderasla 18 il birlikdə yaşayan Melanie Griffit aktyordan ayrıldıqdan sonra çiynindəki  ürək şəklində döyməsinin ortasında sevgilisinin adını sildirdi.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTO2008-ci ildə supermodel Haydi Klum və müğənni Sil əbədi sevgi əlaməti olaraq cüt döymələr etdirdilər. Haydi ərinin şərəfinə qoluna abstrakt təsvir, onun ətrafında isə uşaqlarını simvolizə edən dörd ulduz çəkdirir. 2014-cü ildə cütlük ayrıldıqdan sonra isə modelin qolunda yalnız ulduzların şəkli qaldı.
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTO...Və Silvister Stollone
Hollivudsayağı boşanma və ya xatirələrini sildirən ulduzlar – FOTO

Şou Biznes       Tarix: 25 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri idman xeberleri hava proqnozu siyaseti xeberler bugun