Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?

Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?
"Hotellərdə aparılan monitorinq proseslərinin nəticəsi olaraq ciddi nöqsanlara rast gəlinməyib. Qaydaları pozan hotellər cərimələnib, ümumilikdə isə vəziyyət qənaətbəxşdir".
Bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov monitorinq tədbirlərinin nəticələri barədə məlumat verərkən deyib.  
"İndiki məqamda daxili turizm imkanları yaranıb. İnsanlarımız regionlara səfərlər edirlər. Hotellərdəki doluluq faizi də artıb. Xüsusilə də, qış turizminə malik ərazilərdə insanların sayında artım müşahidə edilib. Ona görə də, idarəetmə ilə bağlı müəyyən dəyişikliklər edilib və bir çox xidmətlər yalnız hoteldə rezervasiyadan keçən qonaqlara təklif olunub. Çünki əks halda istirahət mərkəzlərində kütləvilik yaranır. Bu halda risklər ortaya çıxır və bu risklər gələcəkdə epidemioloji vəziyyətə də təsir göstərə bilər".
O qeyd edib ki, həftə içi və həftəsonu ilə bağlı məhdudiyyətlər bir qədər fərqlənir. Hazırda isə həm Qəbələ şəhərində, həm də Qusarda yerləşən qış turizm obyektlərində müəyyən məhdudiyyətlər var. O cümlədən, "Şahdağ" Turizm Mərkəzi və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində müvafiq məhdudiyyətlər qüvvədədir. 
Xatırladaq ki, daha əvvəl Dövlət Turizm Agentliyinin qərarı ilə "Şahdağ" Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.
Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə malik olan xizəkçilərin istifadə etməsi mümkündür. /oxu.az

Turizm       Tarix: 23 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026 ensonxeberler cəbhədən son durum