İbrahim Borçalının yoldaşı: "Oğlumu üç gün dəfn etməyə qoymadım" - VİDEO
Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova avtomobil qəzasında həyatını itirən oğulları Rəhim Həsənov haqda danışıb.
ARB-də yayımlanan "O üz" verilişinə müsahibə verən ana oğlunun vəfatından sonra onu üç gün dəfn etməyə icazə vermədiyini etiraf edib:
"Dua edirdim ki, ölüm. Sonra zaman keçdikcə düşündüm ki, mən yoxamsa, Rəhim də yoxdur. Mən yaşamalıyam ki, Rəhimi yaşadım. Bir gün mənə dedi ki, ana, elə düşünürəm ki, mən tez öləcəyəm. Məndə Rəhim doğulandan bir qorxu hissi var idi. Elə bilirdim ki, Rəhimə nəsə olacaq və o xəbər səhər gələcək. Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-si 21 yaşı tamam olurdu. Tortu götürüb yanına getdim, 21 rəqəmli şamın biri yanmadı. 2-ni yandırdıq, şamın 1-i yanmadı. Yarım saat çalışdıq ki, yansın amma yanmadı. Dedim yəqin hər zaman tələsdiyin yarım qalmış həyatındır sənin. Rəhimi üç gün dəfn etməyə qoymadım. Yola salan gün dedim ki, mənə bir işarə ver ki, səni görə bilim. İnanırsız, bir balaca kəpənək gəldi və uçmağa başladı. O mənə mesaj göndərdi ki, məni görür. O gündən evdən kəpənək əskik olmur".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR