İbrahim Kalın: 'Azərbaycan Qarabağ məsələsində beynəlxalq hüquqa uyğun hərəkət edib
Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur.
Azxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
Kalın bildirib ki, Azərbaycan hər zaman bu məsələdə məsuliyyətlə hərəkət edib:
"Azərbaycan təcavüzkar münasibət göstərmədi, beynəlxalq hüquqa uyğun hərəkət etdi. Bu ölkə zəfərə layiqdir. Burada Türkiyə ilə əməkdaşlıq, həmişə dediyimiz kimi "İki dövlət, bir millət" nümunələrindən biri idi".
Ermənistanla normallaşmağa müsbət baxdıqlarını ifadə edən Kalın əlavə edib: "Ermənistanla diplomatik əlaqələrimizi kəsməyimizin və sərhədləri bağlamağımızın əsas səbəbi Qarabağın 1992-ci ildə işğalı idi. Hazırda bu problem həllini tapdıqdan sonra Ermənistanla münasibətlərimizin normallaşmasına heç bir maneə yoxdur. Ancaq Qarabağ məsələsində həll edilməli olan bəzi məsələlər var".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı