İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb - FƏRMAN
Prezident İlham Əliyev "İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında" 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
azxeber.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Fondun builki gəlirləri və xərcləri ilə bağlı proqnoz 38,9 milyon manat və yaxud 1,4 % artırılaraq 2 milyard 811,4 milyon manatdan 2 milyard 850,3 milyon manata çatdırılıb.
Gəlirlərdəki artım Fonda dövlət büdcəsindən ayırmaların 1 milyard 376 milyon manatdan 1 milyard 368 milyon manata endirilməsi, işəgötürən və işçinin icbari tibbi sığorta üzrə ödədiyi sığorta haqlarına dair proqnozun 815,1 milyon manatdan 827,9 milyon manata, digər daxilolmalara dair proqnozun isə 32,6 milyon manatdan 66,6 milyon manata qaldırılması hesabına olacaq.
Xərclərdəki artımı isə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərclərinin 79,3 milyon manatdan 78,9 milyon manata endirilməsi, icbari tibbi sığorta ödənişlərinin və dotasiyanın 2 milyard 503,1 milyon manatdan 2 milyard 565,8 milyon manata qaldırılması, sair xərclərin 55 milyon manatdan 30 milyon manata endirilməsi, sığorta ehtiyatlarına ayırmaları isə 88,9 milyon manatdan 90,4 milyon manata qaldırılması təmin edəcək.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar