İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLAR

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARYanvarın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş" Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə səhiyyə sektoruna həsr olunmuş sektorial görüş keçirilib.
azxeber.com xəbər verir ki, tədbir "SİMA İmza"nın tərəfdaşlığı, Marsol Expo və Sahara Electronics-in sponsorluğu ilə baş tutub.
Görüşün əsas məqsədi səhiyyə sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək, eləcə də dövlət–özəl tərəfdaşlığını gücləndirmək olub. Tədbirdə 100-dən çox sahibkar, səhiyyə sahəsi üzrə mütəxəssislər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən İCMA İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti, sektorial görüşlərin məqsədləri və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, eyni sektordan olan iş adamlarının vahid platformada birləşməsinin dövlət–özəl əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Millət vəkili İlham Məmmədov çıxışında bu cür təşəbbüslərin aktual və əhəmiyyətli olduğunu qeyd edərək, səhiyyə mühitinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətdən gələn təkliflərin dəstəklənəcəyini bildirib. O, Azərbaycanın səhiyyə sahəsində sürətli inkişaf yolunda olduğunu və özəl tibb müəssisələrinin inkişafı üçün həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Millət vəkili Müşfiq Məmmədli səhiyyə sektorunda infrastrukturun gücləndirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb, bu sahədə aparılan islahatlar barədə fikirlərini bölüşüb.
KOBİA İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov sahibkarlara göstərilən dəstək mexanizmləri, qanuni maraqların qorunması və ictimai şuraların rolu haqqında məlumat verib. O, tibb müəssisələrinin bu cür platformalarda fəal iştirakının əhəmiyyətini qeyd edərək, KOBİA-nın bu təşəbbüsləri dəstəklədiyini bildirib.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev dövlət və özəl tibb müəssisələri arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıb, nazirliyin sektordan daxil olan təklif və müraciətlərə açıq olduğunu qeyd edib.
İcbari Tibbi Sığorta Agentliyi sədrinin müşaviri Nelli Vesyova icbari tibbi sığorta sahəsində həyata keçirilən yeniliklər və islahatlar barədə məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova səhiyyə sektorunun məşğulluğun artırılmasında mühüm rol oynadığını vurğulayıb və sahibkarların bu sahədə verdiyi töhfələri yüksək qiymətləndirib.
TƏBİB-in Təlim və Tədqiqat departamentinin rəhbəri Teymur Mirzəbəyli qarşılıqlı etimad mühitinin formalaşmasında bu cür platformaların əhəmiyyətini qeyd edərək, qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov səhiyyə sektoruna tətbiq edilən vergi güzəştləri, ƏDV və mənfəət vergisi üzrə stimullaşdırıcı mexanizmlər haqqında danışıb.
SOCAR Tibb xidməti departamentinin rəhbəri Fuad Əlizadə SOCAR-da tətbiq olunan icbari və könüllü tibbi sığorta mexanizmləri və özəl tibb müəssisələri ilə əməkdaşlıq təcrübəsi barədə məlumat verib.
Özəl Tibb Müəssisələri Assosiasiyasının İdarə Heyətinin sədri Günel Əliyeva özəl tibb sektorunun qarşılaşdığı problemlər və dövlət qurumları ilə aparılan əməkdaşlıqlar barədə danışıb.
Məlhəm Beynəlxalq Hospital-ın rəhbəri, eyni zamanda İCMA-nın "Tibb Müəssisələri və Həkimlərlə İş" Komissiyasının sədri Sevda Əlizadə Komissiyanın fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verərək, səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasının vacibliyini vurğulayıb.
Tədbirin tərəfdaşı olan "SİMA İmza"nın Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli "AzInTelecom"un fəaliyyət istiqamətləri, bulud texnologiyaları və "SİMA Rəqəmsal İmza" xidmətləri ilə bağlı təqdimatla çıxış edib.
Sponsor qurumların nümayəndələri — Sahara Electronics-in direktoru Elnu Səmədzadə və Marsol Expo-nun Baş satış inzibatçısı Fərid Rəcəbli təmsil etdikləri şirkətlərin biznes həlləri barədə məlumat veriblər.
Görüş səmimi fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. Tədbir səhiyyə sektorunda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.
İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLARİCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub - FOTOLAR

İqtisadiyyat       Tarix: 31 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi