İcra başçısı Avropa çempionatının bürünc mükafatçısı ilə görüş keçirdi - FOTOLAR
Ağstafa RİH başçısı aparatının inzibati binasında 23-24 iyun 2024-cü il tarixlərində Polşa Respublikasının Qdansk şəhərində keçirilən Sumo güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatında 70 kq çəki dərəcəsində 3-cü yeri tutmuş 17 yaşlı Ağstafalı idmançı İmaməli Yamlihə Rasim oğlu ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və məsul şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Avropa çempionatının qalibini təbrik edib, ölkədə və eləcə də Ağstafa rayonunda aparılan uğurlu gənclər və idman siyasəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, dövlətimiz tərəfindən hər bir sahədə olduğu kimi idman sahəsinə də böyük diqqət və qayğı göstərilir. İdmançılarımız Avropa, Dünya çempionatlarında və Olimpiya idman oyunlarında uğurlu nəticə əldə edirlər.
Görüşdə Avropa çempionatında qalib olmuş İmaməli Yamlihə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyəsi ilə təltif olunub.
Qeyd edirik ki , Avropa çempionatında əldə etdiyi yüksək nəticəyə görə İmaməli Yamlihə İdman sahəsində təhsilini artırmaq məqsədilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdur.






Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov