İcra başçısı vəzifəsindan uzaqlaşdırıldı
Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən azxeber.com-a verilən məlumata görə, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri seçiliblər.
M.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Muxtar Respublika prokurorunun müavinidir. Vüsal Nəsirli isə əmək və əhalinin sosial müdafiəsi naziri, federasiyanın yeni prezidenti Sahil Babayevin müavinidir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə boks üzrə Avropa çempionu Rövşən Hüseynov İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, əvvəlki rəhbərlikdən yalnız Məhərrəm Talıbov və Vüsal Nəsirli vitse-prezident postunda qalıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABF prezidenti, Milli Məclisin sabiq deputatı və qurumun daha əvvəlki prezidenti Ağacan Abiyev I vitse-prezident, Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vitse-prezident vəzifəsində çalışıblar.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var