İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Nadil kəndi ərazisində fermer Elmar Abbasova məxsus 66 hektar sahədə salınmış və müasir damcı suvarma sistemləri ilə təchiz edilmiş intensiv meyvə bağı, həmçinin meyvə tingçiliyi təsərrüfatı ilə tanış olub.
azxeber.com xəbər verir ki, yeni salınmış intensiv meyvə bağında Qardetta, Osirus, Kontessa, Qartaryo sortlu şaftalı və Zodiak sortlu nektarin ağacları əkilib.
Təsərrüfatda müasir aqrotexniki qaydalara uyğun becərmə işləri həyata keçirilir ki, bu da gələcəkdə yüksək və keyfiyyətli məhsul istehsalına şərait yaradır.
Qeyd olunub ki, təsərrüfatın nəzdində fəaliyyət göstərən tingçilik sahəsində alma, heyva, şaftalı, gilas tingləri yetişdirilir və istehsal olunan tinglər həm rayon daxilində, həm də digər bölgələrdə meyvəçilik təsərrüfatlarının inkişafına töhfəverir. Həmçinin təsərrüfatda 12 nəfər daimi işlə təmin olunub və mövsümi işlər zamanı əlavə işçi qüvvəsi də cəlb edilir.
Fermer E.Abbasov ölkədə kənd təsərrüfatının inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinə görə Möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, aqrar sahəyə göstərilən diqqət və qayğı fermerlərin fəaliyyətinin genişlənməsinə, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına geniş imkanlar yaratdığını bildirib.








Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı