İdman etmədən də arıqlamaq mümkündür?
Dietoloqlar, arıqlamaq üçün, hər hansı səbəbdən fiziki məşq edə bilməyən insanlara bəzi məsləhətlər verir. Arıqlamaq üçün qida rasionuna ət, quş əti, balıq kimi proteinlə zəngin qidalar əlavə edilməlidir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, alternativ olaraq mütəxəssislər tofudan (soya kəsmiyi), lobyadan, noxuddan, qoz-fındıqdan, çia toxumundan, balqabaq toxumundan və duzlanmamış fıstıqdan istifadə etməyi məsləhət görür. Mütəxəssislərin fikrinə görə, fasiləli qidalanma rejimini seçmək lazımdır. Bu zaman qidalanmaya yalnız müəyyən vaxtlarda icazə verilir. Məsələn, insan səkkiz saat ərzində sutkalıq kalori normasını qəbul edir, qalan 16 saat qidasız qalır.
Alternativ variant kimi mütəxəssislər, həftədə üç gün gündəlik kalori ehtiyacının 25 faizi, qalan günlər isə həmişəki kimi yemək, lakin həddindən artıq yeməməyi məsləhət görür. Mütəxəssislər eyni zamanda arıqlamaq istəyənləri, pəhrizdən enerji içkiləri daxil olmaqla, şirin və şirinləşdirilmiş içkiləri ixtisara salmağı məsləhət görür.
Bundan əlavə, mütəxəssislər stressdən qaçmağı tövsiyə edir. Belə ki, stress insanda güclü iştahın yaranmasına səbəb ola bilər. Effektiv arıqlamaq üçün mütəxəssislər yaxşı və müntəzəm yuxunu qaçılmaz hesab edir.
Yaxın vaxtlarda mütəxəssislər, qarın piyini azaltmaq üçün idman zalında edilən fiziki məşqlərin təsirsizliyi haqda danışmışdır. Məşqçi Hanna Lyuisin sözlərinə görə, qarın piylərinin əridilməsi üçün xüsusi nəzərdə tutulmuş fiziki hərəkətləri yerinə yetirmək faydasızdır. Onun sözlərinə görə, çəkinin azalması fiziki məşqlər fonunda bədəndə kalori çatışmazlığı zamanı baş verir
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü