İdris Quliyev jurnalisti döyməklə hədələdi: 'Gəlib səni...' — AUDİO (18+)

İdris Quliyev jurnalisti döyməklə hədələdi: 'Gəlib səni...' — AUDİO (18+)Ötən gün "Yeni Sabah" saytı Demokrat.az-ın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bağlı hazırladığı araşdırma materialını dərc edib.
Materialın dərcindən sonra BAXCP-nin Lənkəran şöbəsinin sədri İdris Quliyev "Yeni Sabah"ın redaksiyasına zəng edərək söyüşlərindən istifadə edib. Baxmayaraq ki, materialın ilkin mənbəyinin başqa bir media olduğu ona izah edilib, o isə küçə ritorikasına üstünlük verib.Bu vaxta qədər Yenisabah.az-da Q. Həsənquliyevin onlarla açıqlaması, partiya xəbərləri dərc olunub. İndiki halda da qarşı tərəf olaraq onun mövqeyini işıqlandırmağa hazır idik. Əgər materialla bağlı hər hansı iradı və ya cavabı vardısa, buna hüquqşünas olaraq sivil yolla reaksiya verməli idi. Və ən vacibi də bu reaksiya xəbərin ilkin mənbəyinə olmalı idi. Lakin partiya funksionerlərinin küçə söyüşləri ilə yazıya reaksiya verməsi, təhqir və hədə bəlkə də partiya sədrinin materialda səslənən iddiaların qarşısında arqumentsiz olduğunu göstərir.Bütün bununla bərabər bir daha qeyd edirik ki, Q. Həsənquliyevin yazıda səslənən iddialar haqda cavabını dərc etməyə hazırıq.
BAXCP məsələ ilə bağlı açıqlama verib: 
"İdris Quliyev uzun müddətdir ki, nəinki BAXCP-nin Lənkəran təşkilatının sədridir, ümumiyyətlə, partiyanın üzvü deyil".
Bunu açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib. O, bildirib ki, İ. Quliyev Dairə Seçki Komissiyasında təmsil olunur və Seçki Məcəlləsinin tələbinə uyğun olaraq BAXCP üzvlüyündən çıxıb.
İ. Quliyevin "Yeni Sabah"a zəng edərək BAXCP sədri Qüdrət Həsənquliyevlə bağlı yazıya görə təhqirlər səsləndirməsinə gəldikdə, E. Mirzəbəyli deyib ki, bunu o təəssübkeş kimi edib: 
"Amma bu formada təəssübkeşliyi biz nə partiya olaraq, nə də mən vətəndaş olaraq qəbul etmirik. Nəinki jurnalistə, heç bir şəxsə qarşı təhqir səsləndirmək qəbulolunmazdır. 
Mediada yayılmış xəbərdə təqdim olunanların həqiqət və yalan olmasından asılı olmayaraq, söyüş və təhqirlə cavab verilməsi doğru yanaşma deyil. Mən də jurnalist olaraq belə bir davranışı pisləyirəm".
/// yenisabah.az

Sosial       Tarix: 24 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler xeberler az cəbhədən son xəbər novruz bayramı