İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədiİslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilmiş hücumu pisləyib.
Bu barədə KONKRET.az-a təşkilatdan bildirilib.
"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir", – İƏT-in bəyanatında qeyd olunur.
"Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu", – təşkilat vurğulayıb.
"Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir", – İƏT vurğulayıb.
Qeyd edək ki, radikal dini dəstə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandallıq aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.
Fakt yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Siyasi       Tarix: 07 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO

İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir

Paşinyandan yeni konstitusiya ilə bağlı - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. KONKRET.azxəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb. O bildirib ki

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqla

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 1

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların 87,7 faizi etimad göstərdiyini bildirib. . Sorğu iştirakçılarının 93,6 faiz

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 muharibe xeberler bu gun en son xeber valyuta məzənnələri