İƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti DƏSTƏK

İƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti DƏSTƏKİslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının Yekun Bəyannaməsində Qarabağ münaqişəsinin ədalətli həll olunmasının alqışlanması və qəbul edilmiş dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəaların əks olunması təşkilatın rəsmi Bakının mövqeyinə xüsusi əhəmiyyət verdiyinin göstəricisidir.
İƏT Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olan dövrdə Azərbaycanın çağırışlarına biganə qalmayıb və hər zaman rəsmi Bakının haqlı mövqeyini dəstəkləyib. İƏT Xocalı soyqırımını tanıyan təşkilatlardan biridir.
İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında quruma üzv dövlətlər, tam olaraq, Azərbaycana postmüharibə dövründə dəstəklərini ifadə ediblər, xüsusilə də Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq, azad edilmiş ərazilərin yenidən qurulmasına yardım göstərmək səylərini ifadə ediblər.
İƏT Ermənistana da çağırış edib: Rəsmi İrəvan təcavüzkar ritorikadan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fəaliyyətinə son qoymalı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına əsaslanan münasibətlər qurulmalıdır.
İƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti DƏSTƏKİƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti DƏSTƏKNəzərə alınmalıdır ki, İƏT dünyanın 57 dövlətini birləşdirir. Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan da İƏT-də təmsil olunur. Buna baxmayaraq, hər iki dövlət də Azərbaycanın mövqeyini tam dəstəkləyən sənədlərin qəbulunun lehinə çıxış edib. Son Bəyannamədə əksini tapan müddəalar göstərir ki, 44 günlük Vətən müharibəsinin hərbi və siyasi nəticələri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Artıq beynəlxalq birlik Cənubi Qafqazda sülhün bərqərar olmasını və dövlətlərarası əməkdaşlığın inkişafını gözləyir, əlavə gərginlik və revanşist səylər isə Ermənistana ciddi ziyan vuracaq, o cümlədən beynəlxalq müstəvidə.
Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycana dəstəyi ifadə edən keçmiş Qarabağ münaqişəsinə dair daha dörd qətnamə qəbul edilib: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında", "Azərbaycana iqtisadi yardım haqqında", "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında" və "Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında" qətnamələr.
qətnamələrdə Ermənistanın silahlı qüvvələrinin 30 il ərzində azərbaycanlı əhaliyə qarşı törətdiyi amansız hərəkətlər insanlıq əleyhinə cinayət kimi göstərilir və bu əməlləri törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
İƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti DƏSTƏKİƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti DƏSTƏKİƏT üzvləri Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə İslam mədəni irsinə aid məscidlərin, ibadət yerlərinin talan edilməsi və dağıdılmasını vandalizmin təzahürü kimi qəbul edərək qətiyyətlə pisləyiblər. Bu ərazilərin bərpası üçün Azərbaycana dəstək olmaq məqsədilə İƏT-in müvafiq qurumlarına və üzv dövlətlərə çağırış edilib, Ermənistanın dəymiş zərərə görə məsuliyyəti təsbit edilib.
İƏT həmçinin Ermənistanı sülhə məcbur etmək üçün üzv dövlətlərə çağırış edib. Belə ki, təşkilatın üzvləri rəsmi İrəvanla diplomatik əlaqələr qurmaqdan çəkinməli və iqtisadi əməkdaşlığı məhdudlaşdırmalıdırlar. Bu addımlar Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımaq üçün ciddi təsir mexanizmləri işə sala bilər. Bu müddəa son dövrlər Ermənistanın İƏT dövlətləri ilə əlaqələr qurmağa cəhdləri fonunda xüsusi əhəmiyyət kəsb edir.
Bu qətnamələrin qəbulu rəsmi İrəvana göstərdi ki, İƏT üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını unutmayıb və bu ölkənin yalan təbliğatına inanmır. Ermənistan üçün yeganə yol Azərbaycanın təklifi ilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında sülh müqaviləsi üzərində işin aparılmasıdır. Yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan İƏT ölkələri ilə faydalı əməkdaşlıq qurmağa imkan əldə edə bilər./Report

Siyasi       Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026