İƏT-in XİN başçıları təcili toplandı: İsrail-Fələstin məsələsi ilə bağlı
İƏT-in XİN başçıları təcili toplandı: İsrail-Fələstin məsələsi ilə bağlı
Bu ilin 3 fevral tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının "Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.
İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.
R.Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini çıxış edərək Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin "iki dövlət prinsipi" əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib.
Ölkəmizin bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan "iki dövlət" həll prinsipinə sadiq olduğu qeyd olunub.
İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub. /oxu.az

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı