II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıb

II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıbII Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıb
II Elizabetin ölümündən sonra onunla uzun illər işləmiş bütün keçmiş işçiləri Böyük Britaniyanın kraliçası haqqında maraqlı məlumatlar veriblər.
Bildirilir ki, onun yemək tərzi və xüsusi seçimləri olub. Məsələn, kraliça heç vaxt bananı birbaşa qabığını soyaraq, dişləyib yeməyib: həmişə onu bıçaqla kəsib, çəngəllə yeyib.
Səhər yeməyində yumurta yeməyi sevən II Elizabetin xüsusi yumurta resepti olub. Kraliçanın keçmiş işçilərindən birinin verdiyi məlumata görə, bişməyinə az qalmış yumurtaya limon qabığı və kokos yağı əlavə edilib. Bu, kraliçanın ən sevimli səhər yeməyi olub.
Çox az adama məlum olan başqa bir məlumat isə II Elizabetin heç vaxt çörəyin üst hissəsini (qabığını) yeməməsi olub. Xüsusilə sendviç yeməyi çox sevən kraliça həmişə çörəyin içi ilə hazırlanan sendviçlərə üstünlük verib. 90-cı illərdə onunla işləmiş kral aşpazı Oven Hodcson xatirələrini paylaşaraq deyib ki, kraliça bu barədə ona bir dəfə xəbərdarlıq belə edib və sendviçi necə hazırlayacağını başa salıb.
Günə ruh yüksəkliyi ilə başlamağı özünə şüar edən II Elizabet hər səhər saat 07:30-da otağının pəncərəsinin altında çalınan qaida (şotland musiqi aləti) səsinə oyandırılırdı. 15 dəqiqəlik musiqi dinləmək kraliçaya gündəlik işinə daha yaxşı fokuslanmaq üçün ruh yüksəkliyi verirdi.
Böyük Britaniya sularında yaşayan bütün qu quşları kraliça II Elizabetə məxsus idi. Bu sularda yaşayan qu quşlarının hər hansı birinə müdaxilə etmək qanuni olaraq cinayət sayılırdı. Kraliçanın qu quşları məşhur idi, lakin onun sahib olduğu tək quşlar deyildi. Böyük Britaniya sularında yaşayan "krallıq balıqları" kimi tanınan balinalar və delfinlər də var idi. "Krallıq balıqları"na da hər hansı bir şəkildə zərər vermək, qu quşlarına zərər vermək kimi, cinayət hesab olunurdu.
Kraliça Elizabetin cəmi dörd övladı var idi. Halbuki o, dörd uşağından başqa, 30 uşağın xaç anası idi. Onların arasında keçmiş gəlini Ledi Diananın qardaşı Erl Spenser də var idi. Digər xaç övladlarının kim olduğu bilinmir, lakin Erl Spenser II Elizabeti son mənzilə yola salınanda belə tək qoymayıb.
II Dünya müharibəsində yük maşınlarını idarə edən və maşın sürərkən tez-tez kameralara tuş gələn kraliça yaxşı sürücü olub. O, heç vaxt sürücülük üçün yazılı imtahan verməyib. Məlumdur ki, kraliça Böyük Britaniyada ictimai yollarda maşın sürmək üçün sürücülük vəsiqəsi tələb olunmayan yeganə şəxsdir.
Maşın sürmək üçün heç bir sənədə ehtiyacı olmayan kraliçanın pasportu da yox idi və həyatı boyunca heç bir pasporta ehtiyac duymayıb. Pasport və sürücülük vəsiqəsi krallıqda onun adına hazırlandığı üçün bu sənədi almasına ehtiyac yox idi. Bu da yalnız hökmdarlara məxsus qayda olub.
Rəngarəng paltarları sevən və xüsusi hazırlanmış papaqları ilə tez-tez kameralara tuş gələn II Elizabet xüsusilə izdihamlı mərasimlərdə, məclislərdə, camaatla qaynayıb-qarışdığı yerlərdə insanların onu görə bilmələri üçün parlaq rənglərə üstünlük verib. Kraliça bu mövzuda çox həssas olub - hamının onu görə bilməsi və izdihamda diqqət çəkməsi onun üçün vacib idi.
II Elizabet II Dünya müharibəsindən qısa müddət sonra şahzadə Filiplə ailə qurdu. O illərdə Britaniya hökuməti ailə qurmağa hazırlaşan gəlinlərə kupon paylayırdı. Hətta Britaniya hökuməti kraliça II Elizabetə gəlinliyi üçün əlavə 200 kupon da hədiyyə etmişdi. Lakin kral ailəsi üzvlərinin ictimaiyyətdən heç bir hədiyyə qəbul edə bilmədiyi deyilib, ona görə də kraliça jest olaraq ona verilən kuponları geri qaytarıb. Çox sadə və adi gəlinlik geyinməyə razılıq verən kraliça kuponları qaytardıqdan sonra ona Norman Hartnel tərəfindən Çin ipəyindən hazırlanmış heyranedici gəlinlik hədiyyə edilib. II Elizabet toyunda həmin paltarı geyinməli olub. Amma o, gəlinlik paltarından çox, adi bir insan kimi gəlinliyinə kupon toplamağı ilə xatirələrdə qalıb.
Mənbə: Ahaber / oxu.az

Maraqlı       Tarix: 21 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az