İki dəfə Naxçıvandan Türkiyəyə gizlincə keçdi, cəzalandırıldı
İki dəfə Naxçıvandan Türkiyəyə gizlincə keçdi, cəzalandırıldı
Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsində Türkiyə ilə sərhədi qanunsuz keçən rayonun Çərçiboğan kənd sakini, 1975-ci il təvəllüdlü S.Səlimova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham edilən şəxsə 1400 manat cərimə cəzası verilib. Məhkəmə prosesi yanvarın 24-ü başa çatıb.
Araşdırmalar zamanı məlum olub ki, S.Səlimov daha əvvəl Türkiyədə işləyib və bu ölkədən deportasiya edildiyi üçün ilk dəfə 2017-ci ildə sərhədi qanunsuz keçərək İstanbula gedib. Bir ildən artıq İstanbulda işləyən şəxs sonradan polis tərəfindən saxlanılıb və sənədləri qaydasında olmadığı üçün Azərbaycana deportasiya edilib.
Naxçıvana qayıdan S.Səlimov bundan sonra yenidən qeyri-qanuni şəkildə Türkiyəyə keçərək İstanbula gedib. Yenidən deportasiya edilən şəxs bu dəfə təyyarə ilə Bakıya göndərilib və hava limanında saxlanılaraq barəsində cinayət işi başlanılıb. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR