İki nəhəng teleskopdan alınan möhtəşəm kosmik görüntülər yayımlanıb - FOTO

İki nəhəng teleskopdan alınan möhtəşəm kosmik görüntülər yayımlanıb - FOTOİki nəhəng teleskopdan alınan möhtəşəm kosmik görüntülər yayımlanıb - FOTO
NASA əməkdaşları "James Webb" (JWST) və "Hubble" teleskopları tərəfindən çəkilən şəkilləri təqdim ediblər. Kadrlarda "VV 191" kimi tanınan ikili qalaktika əks olunub.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
"VV 191" - elliptik və spiralvari qalaktikalardan ibarətdir. Onlar bir-birindən nisbətən kiçik (astronomik standartlara görə) məsafədə yerləşsələr də, aktiv şəkildə qarşılıqlı əlaqədə olmurlar.
"Hubble" və JWST çəkilişi ulduzlararası tozun tədqiqi layihəsi çərçivəsində aparılıb. Astronomlar spiralvari qalaktikada tozlu strukturları aşkar etmək üçün elliptik qalaktikadan gələn işıqdan istifadə ediblər.
İki nəhəng teleskopdan alınan möhtəşəm kosmik görüntülər yayımlanıb - FOTOİki kosmik teleskopun çəkdiyi görüntüdə spiralvari qalaktikanın uzun, həddindən artıq tozlu qolları görünür. Belə təəssürat yaranır ki, onlar elliptik qalaktikanın mərkəzi qabarıqlığı ilə kəsişir, amma əslində, belə deyil.
Şəkildə bir sıra maraqlı fon obyektləri də görmək mümkündür. Məsələn, yuxarı sol küncdə iki uzaq spiralvari qalaktika var. Onlar eyni görünən ölçülərə malikdir, lakin tamamilə fərqli rənglərdədir. Görünür, bu, qalaktikalardan birinin çox tozlu olması, digərinin isə çox uzaq məsafədə olması ilə bağlıdır.
Həmçinin elliptik qalaktikanın yuxarı hissəsini əhatə edən qırmızı qövs də diqqət çəkir. Bu, daha uzaq qalaktikadır, onun işığı elliptik qalaktikanın cazibə qüvvəsi ilə təhrif olunub. Maraqlıdır ki, bu obyekt yalnız JWST-nin infraqırmızı şəkillərində görünür.
İki nəhəng teleskopdan alınan möhtəşəm kosmik görüntülər yayımlanıb - FOTOXatırladaq ki, bir müddət əvvəl JWST teleskopundan alınan görüntülər kompüter alqoritmi vasitəsilə səsə çevrilmişdi.
Qeyd edək ki, JWST 25 dekabr 2021-ci ildə kosmosa buraxılıb. Perspektivdə o, 1990-cı ilin aprelində ABŞ tərəfindən buraxılmış "Hubble" orbital teleskopunu əvəz etməlidir. Bununla belə, sələfindən fərqli olaraq, "James Webb"ə texniki xidmət göstərilməyəcək (şatllar "Hubble"a dörd dəfə yollanıb) və ən azı 10 il işləməlidir.
Mənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 08 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan son xeberler bugun 2026 muharibe son xəbərlər xeberler bugun