İkitərəfli ovariektomiya edilmiş qadınlar
Yumurtalıqların funksiyasının tam pozulması yumurtalıqların çıxarılması zamanı baş verir.Bu patoloji əlamətlər ovariektamiya edilmiş qızlar və qadınlar üzərində aparılmış müşahidələrdən əldə edilib.Əgər yumurtalıqlar yetkinlik vaxtından əvvəl çıxarılmışsa bu zaman birinciili və ikincili cinsi əlamətlər inkişaf etmir.Əgər yumurtalıqlar cinsi yetişkənlik dövründən sonra çıxarılmışsa bu zaman qadınlarda bəzi patoloji əlamətlər meydana çıxır.Bu zaman uşaqlıq,uşaqlıq borusu,uşaqlıq yolu və süd vəziləri atrofiyaya uğrayır.Belə qadınlarda maddələr mübadiləsi və uşaqlığın funksiyası pozulur.Onların bədən quruluşlarında dəyişikliklər meydana gəlir.Bu zaman xəstələrdə aşağıdakı dəyişikliklər meydana gəlir:
- süd vəziləri tam atrofiyaya uğrayır
- budlar nazikləşir
- qasıq nahiyəsində tüklər azalır
Xəstənin aşağı ətrafları həddindən artıq uzandığına görə onların boyu uzun və qeyri-mütənasib olur.
İkitərəfli ovariektomiya edilmiş qadın orqanizmində endokrin və sinir sistemlərinin pozğunluqları ilə əlaqədar müxtəlif dəyişikliklər müşahidə edilir.Əməliyyatdan sonra ilk növbədə vegetativ sinir sisteminin funksiyası dəyişikliyə uğrayır.Bunun nəticəsində sifətin və döş qəfəsinin səthi arteriyalarında hiperemiya əmələ gəlir,həmin nahiyələrdə qızartı və istilik meydana gəlir.Eyni zamanda xəstələrdə ürəkdöyünmə,həyəcanlanma,yuxusuzluq,əsəbilik,asanlıqla kədərlənmə və depressiya yaranır.Bəzən xəstələrin təzyiqi artır,bəzən hiperqlikemiya əmələ gəlir,xəstələrdə tərləmə müşahidə edilir.Yumurtalıqların çatışmazlıqlarının müxtəlif kliniki formaları vardır.Onlar patogenetik cəhətdən estrogenlərin və progestronun hiposekresiyası ilə əlaqədar olur.
Yumurtalıqların funksional çatışmazlığı çox vaxt özünün xəstəlikləri və zədələnmələri nəticəsində birincili olaraq meydana gəlir.Bunlara yumurtalıqların inkişafının anadangəlmə pozğunluqları və digər patologiyalar aiddir.Bu patologiyalar aşağıdakılardır:
- yumurtalıq diskineziyaları
- epidemik parotit
- vərəm
- siflis
Bəzən ensefalit,beyin əsasının şişləri,meningit,kəllə travmaları da yumurtalıqların funksiyasının pozulmasına səbəb ola bilir.Endokrin vəzilərin disfunksiyaları da yumurtalıqların funksiyasının pozulmasına səəb olan amillərdən hesab edilir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar