İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər "əl yandırır

İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər "əl yandırır"
"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində yarışların başlamasına sayılı günlər qalıb. Ölkəmizə gəlməsi gözlənilən turistlərin bir qismi artıq Bakıdadır, bir qisim turist isə hələ də qalmaq üçün yer axtarır. Əksər turistlərin hotellərdə qalacağı gözlənilir. Amma bu sektordan artıq qiymət artımı ilə bağlı xəbərlər gəlməkdədir. Belə ki, hotellərin bu ərəfədə qiymətlərini olduqca yüksəyə qaldırdığı bildirilir. Bəs bu hal normaldırmı?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi "Report"a bildirib ki, "Formula 1" yarışlarının keçirilməsi ümumilikdə Azərbaycanın tanıdılması, o cümlədən, turizmin inkişafına dəstək olaraq əvəzedilməz töhfə verməkdədir. O bunu "Formula 1" yarışlarının TV azarkeşlər auditoriyasının 600 milyon insandan çox olması ilə əsaslandırıb.
Qiymətlər məsələsinə gəlincə S.Dübəndi bildirib ki, "Formula 1" kimi beynəlxalq və irimiqyaslı idman, mədəni, iqtisadi, dövlət və s. tədbirlər zamanı hər bir turizm destinasiyasında qiymətlər artır:
"Bu, normal təcrübədir! Bakı hotellərində də qiymət artımı müşahidə olunur. Bəzi hallarda 7-10 dəfədən artıq qiymətlər də təklif edilir. Bu onu göstərir ki, bu kimi hotellərdə yerlərin sayı məhduddur. Bir sıra hotellər artıq satışlarını "Formula 1" tədbiri günlərinə və hətta daha sonrakı günlərə bağlayıblar.
Bu hal daha çox "Formula 1" trası üzərində və ona yaxın mərkəzi ərazilərdə yerləşən hotellərdə müşahidə olunur.
Eyni zamanda, qısa müddətli icarəyə verilən mənzil fondu da aktivləşib və daha bahalı qiymətə təkliflər edirlər. Qeyd etmək istərdim ki, mənzillər kiçik və orta hotellərlə ədalətsiz rəqabət aparırlar.
"Formula 1" yarışları bahalı tədbir olduğundan ona qatılan turistlər də daha yüksək maliyyə durumuna malik insanlar olurlar. Bu baxımdan, daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər".
S.Dübəndi bu il turistlərin coğrafiyasında dəyişiklik müşahidə olunduğunu deyir:
"Kanada, Fransa, Qazaxıstan, Gürcüstan kimi ölkələrdən gələn turistlərin sayında artım görürük. Azərbaycana olan diqqət və maraq ildən-ilə artmaqdadır.
Məncə, hostellər hələ pandemiyadan sonra tam özlərinə gəlməyiblər, bərpa olmayıblar. Qiymətlərində o qədər də fərq yoxdur. Bir çoxu pandemiya dövründə bağlanıb. Hər halda, "Formula 1" qonaqları hostellərə daha az üz tuturlar.
Ümumiyyətlə, bu sahədə çox böyük boşluq var. Hostellər, qonaq evləri, kənd evləri, kempinqlər və bu kimi alternativ yerləşdirmə vasitələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi baza işlənməyib, standartlar yoxdur.
Biz bunun haqqında hər zaman danışırıq, vurğulayırıq, dövlət qurumlarına təklif edirik ki, gəlin, bərabər bu sənədləri hazırlayaq, amma hələ ki, iş yerindən tərpənmir".
Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Əziz Şıxıyev də qiymət artımını təsdiqləyir:
"İldə bir dəfə Azərbaycanda belə bir tədbir olur, onda da qiymət artımı müşahidə edirik.
Bu hal Bakıda keçirilən "Avroviziya" Mahnı Müsabiqəsindən başladı. Hər bir hotelin öz maksimal qiyməti olur. Məsələn, bu gün 3 ulduzlu hotel özünü 5 ulduzlu hotel kimi aparır. 50 manata olan 1 nəfərlik otaq 170 manata satılır. Hesab edirəm ki, "Formula 1" dövründə həmin hotellər illik büdcəsini formalaşdırmaq istəyirlər.
Sanki hotellər arasında yarış gedir: kim daha yüksək qiymət təklif edəcək. Maksimal satış həyata keçirmək istəyirlər ki, bütün xərclərini bağlamış olsunlar. Bu isə düzgün strategiya deyil". /oxu.az

Turizm       Tarix: 09 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler son xeberler bugun 2026 muharibe xeber.az son xeberler son xeberler azerbaycan