İLGİNC SSENARİ: "Ermənistan 100 il öncə işğal etdiyi bu əraziləri itirəcək, hətta Paşinyanın həyatda qalması..."

İLGİNC SSENARİ: Ermənistan hökuməti sülh çağırışları fonunda faktiki olaraq yeni müharibəyə hazırlıq aparır. Müharibənin aprel ayında başlayacağı haqda iddialar da dolaşır. Bəs görəsən, bütün bu iddiaların arxasında nələr dayanır? Həqiqətən apreldə müharibə ehtimalı mövcuddurmu?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyevin fikrincə, bu məlumatda həqiqət payı çox azdır. İnformasiyada fakt ondan ibarətdir ki, aprel ayından 13 iyun tarixinə qədər Ermənistanda ehtiyyatda olan qüvvələrin səfərbərliyi həyata keçiriləcək. Hərbi ekspertlər də qeyd edirlər ki, bu hazırlıq üçün uzun müddətdir. Belə təlimlər 21 gün və ya bir ay, ən çoxu isə 45 gün davam edir. Keçmiş sovet dövrünün təcrübəsində 45 gün olub.
İLGİNC SSENARİ: "Nikol Paşinyan Azərbaycan və Ermənistan, habelə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl olaraq bir neçə dəfə mesaj vermiş baş nazirdir. Paşinyan yaxşı anlayır ki, bugün Ermənistan ordusu Azərbaycanla növbəti müharibə aparmağa hazır deyil.
Baxmayaraq ki, son zamanlar Fransandan, Hindistandan uzaqmənzilli artilleriya qurğuları alıb. Bu isə irimiqyaslı əməliyyatlar zamanı Ermənistanın qələbə qazanacağı anlamına gəlmir. Hətta Ermənistan 100 il bundan əvvəl işğal etdiyi Qərbi Azərbaycan torpaqlarını da itirəcək. Paşinyanın özünün həyatda qalması belə sual altında olacaq.
Uzunmüddətli təlimlərin keçirilməsini isə belə izah etmək mümkündür ki, adətən yaz aylarında siyasi sabitliyi olmayan ölkələrdə xalqın coşması dövrü olur. Bu dövrdə narazılıq, etiraz çoxala bilir. Bunu, etiraz dalğasının qarşısını almaq üçün təşkil olunmuş uzunmüddətli təlim kimi qiymətləndirmək olar".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 12 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar siyaseti xeberler bugun bu gunun xeberleri haqqinda melumat sou biznes