İlham Əliyev alman telekanalının qərəzli suallarına necə cavab verdi - VİDEO
İlham Əliyev alman telekanalının qərəzli suallarına necə cavab verdi - VİDEO
Prezident İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibə verib.
Müsahibə zamanı jurnalistin bir sıra qərəzli, qeyri-dəqiq, bəzən də yalana əsaslanan suallar verdi. Amma belə yanaşma İ.Əliyevi çətin vəziyyətə qoymadı və o, verilən suallara dəqiq cavablar verdi.
"Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?" sualının cavabında Prezident İlham Əliyev "Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir" cavabını verib.
Həmçinin jurnalistin Bakıda Türkiyə əsgərlərini gördüyünü qeydinə Prezident burada, Bakıda, hətta alman əsgərlərini görə biləcəyini bildirib və bunun cəbhədə vəziyyətlə heç bir əlaqəsinin olmadığını qeyd edib.
Öz növbəsində, dövlət başçısı alman jurnalisti özlərini demokratiyanın mərkəzi kimi aparan Avropadan danışmağa dəvət edib:
"Gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Siz "sarı jiletlilərin" etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur".
/oxu.az
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına