İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" konfransında Azərbaycan ərazisindən Ermənistana qaz nəql olunmasından danışıb.
Oxu.Az-ın məlumatına əsasən, Prezident deyib ki, buna səbəb Rusiyanın qaz kəmərində təmir işlərinin getməsidir.
"Biz buna "yox" deyə bilərdik, lakin "hə" dedik. Çünki bu başqa yanaşmadır, başqa jestdir", - deyə İlham Əliyev əlavə edib.
Qeyd edək ki, bu ilin martın ortalarından etibarən Rusiya qazının Ermənistana tədarükü "Şimali Qafqaz - Zaqafqaziya" qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilir.
Martın 16-da "Qazprom Export" MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb.
Aqşin Kərimov
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi