İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda "Matanat-A" şirkətinin "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib.
azxeber.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Matanat-A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.
Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan "Matanat-A" şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə "Matanat A" Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.
Ərazisi 10 hektar olan "AZWOOL" mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.
Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.
Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.
Prezident İlham Əliyev "Matanat-A" şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.
Dövlət başçısı zavodu işə salıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.
İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev İlham Əliyev

Siyasi       Tarix: 27 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen

Fərid Şəfiyevə 3 müavin də təyin edildi

Bu gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlar

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli son xəbər son xabar valyuta mezennesi 2026