İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEO

İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.
Məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbdə yaradılan şəraitlə də tanış olub.
Məlumat verildi ki, təhsil ocağının 1937-ci və 1970-ci illərdə inşa edilən iki korpusu sökülüb. Onların yerində 264 şagird yerlik dördmərtəbəli yeni müasir korpus tikilib. Eyni zamanda, 2007-ci ildə ibtidai siniflər üçün inşa edilən korpus əsaslı təmir olunub. Yeni tikilən və əsaslı təmir edilən korpuslarda zəruri tədris avadanlığı və vəsaiti ilə təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, yeməkxana, idman və akt zalları var.
Həyətyanı sahəsində geniş abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri aparılan məktəb üçün yeni qazanxana, nasosxana, və yeraltı su anbarları inşa edilib.
Qeyd edək ki, məktəblərin tikintisi və əsaslı təmiri Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri içərisində xüsusi yer tutur. Çünki, təhsil sahəsində keyfiyyət dəyişiklikləri üçün sistemli yanaşma var və maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.
Görülən işlər bir daha sübut edir ki, hətta pandemiyanın dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır.

İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEOİlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub - FOTO/VİDEO

Siyasi       Tarix: 28 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler ən son xeberler cəbhədən son məlumatlar krimnal bugun