İlham Əliyev "Bakutel-2019" sərgisində "Rossiya-24" telekanalına müsahibə verib

İlham Əliyev "Bakutel-2019" sərgisində "Rossiya-24" telekanalına müsahibə verib İlham Əliyev "Bakutel-2019" sərgisində "Rossiya-24" telekanalına müsahibə verib
Rusiyanın "Rossiya-24" telekanalı dekabrın 5-də XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel-2019"la bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi də yer alıb. 
AZƏRTAC "Rossiya-24"ün müxbiri Aleksandr Çernetsovun reportajını təqdim edir. 
Aparıcı: Bakı. Yenə də Formula 1-in mühərriklərinin gurultusu. Bu dəfə arzu edən hər kəs özünü əsl pilot kimi hiss edə bilər. Yürüş bolidinin super müasir simulyatoru "Bakutel" Beynəlxalq Sərgisinə gətirilib. Yüzlərlə İT şirkətinin 23 ölkədən olan təmsilçisi texnologiyaların inkişafını və bu sahədə parlaq layihələri müzakirə edirlər və əlbəttə, müqavilələr bağlayırlar. Məsələn, "Azərkosmos" və Rusiyanın peyk rabitəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Aleksandr Çernetsov razılaşmaların nədən ibarət olduğunu öyrənib. 
Müxbir: Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel-2019" mahiyyətcə ən qabaqcıl İT texnologiyalarının nümayişi üçün arenadır. Hər il Bakıya, Azərbaycan paytaxtına dünyanın 50 ölkəsinin telekommunikasiya bazarının aparıcı oyunçuları gəlir. Bu il "Bakutel"də nəinki rekord sayda iştirakçı, həm də bağlanacaq müqavilələrin rekord sayı gözlənilir. Axı, bu gün Azərbaycan Xəzəryanı regionda İT texnologiyaları sahəsində aparıcı ölkədir. 
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaon deyir: 
- Təxminən 10 il əvvəl, Prezident İlham Əliyevlə görüşəndə o dedi ki, Azərbaycan neftlə zəngindir. Lakin biz anlayırdıq ki, bu ehtiyat gec-tez tükənəcək. Buna görə hələ o vaxt biz fikirləşdik ki, digər ehtiyat istiqamətlərini inkişaf etdirmək lazımdır. Təbii ki, bu mənada İKT – İnformasiya-Kommunikasiya Texnologiyaları sektoru ən mühüm idi. 
Müxbir: "Bakutel-2019" yubiley sərgidir. Düz 25 il bu məkan həm aparıcı İT şirkətlərinə, həm də gənc tədqiqatçılara öz nailiyyətlərini göstərmək imkanı verir. Yeni iştirakçılar arasında İrandan olan qonaqlar var. Tərəfdaşlar kiber hücumlara qarşı İT sahəsindəki işlərini sərgidə təqdim edirlər. Digər iki qonşu stenddə isə jurnalistlərin videokameraları həqiqətən tarixi anı qeyd edir: "Azərkosmos" və Rusiyanın peyk rabitəsi ilk tərəfdaşlıq sazişini imzaladılar. 
Rusiyanın "Federal Dövlət Unitar Müəssisəsi" şirkətinin biznesi inkişafı baş direktorunun müavini Kseniya Drozdova deyir: 
- Kosmik imkanlarımızı birləşdirərək, biz Yaxın Şərq, Xəzər və Cənubi Afrika regionunda teleradio yayımları şirkətlərinə, rabitə operatorları şirkətlərinə daha geniş imkanlar təqdim etməyi nəzərdə tuturuq. 
Müxbir: Yeri gəlmişkən, "Bakutel" təkcə biznes və strateji vəzifələr haqqında deyil. Bu, həm də əyləncədir. 
Yəqin ki, bu sərginin istənilən qonağı özü üçün, öz maraqları üçün nəsə tapa bilər. Məsələn, bu Formula 1-in maksimal olaraq reallığa yaxın bolididir. Bu, əlbəttə ki, virtual olaraq trasda özbaşınalıq etmək və özünüzü Alonso kimi hiss etmək üçün nadir imkandır. 
Yaxud İT robotexnika. Məsələn, dünyaca məşhur robot - Almaniyadan olan rəssam, bu isə teatronikadır - tamaşaçıların sevimlisi pianoçu robot. 
İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli deyir: 
-Bilirsiniz, 30-cu ilədək artıq 54 peşə süni intellekt və robotexnika ilə əvəz olunacaq. Buna görə bizim üçün gənc nəsilə yaxın gələcəkdə gözlənilənləri nümayiş etdirmək vacibdir. 
Müxbir: Sərginin iştirakçılarını və qonaqlarını şəxsən salamlamaq üçün bu gün Prezident və birinci xanım da gəliblər. Kanalımıza eksklüziv müsahibədə söhbət, ilk növbədə, İlham Əliyevin fikrinə görə, bu gün ən yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərindən getdi. 
Prezident İlham Əliyev deyir: 
-Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı və istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı və Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu, həm təhlükəsizlik, həm texnologiya, həm də biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir. 
Müxbir: Bu ilin sonunadək iki ölkənin prezidentləri növbəti dəfə Moskvada görüşəcəklər. Planda, həmçinin İT texnologiyaları sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi var.
İlham Əliyev "Bakutel-2019" sərgisində "Rossiya-24" telekanalına müsahibə verib

Siyasi       Tarix: 08 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu