İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FotoOktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.
KONKRET.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Siyasi       Tarix: 08 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətləraras

Prezident onlara müaciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Dialoqu" çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV beynəlxal

Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycandəmir yolu əlaqəsinin yaradılması və Ermənistan-Türkiyə sərhədinin yaxınperspektivdə açıla biləcəyini bildirib. . Paşinyan bu barədə İrəvanda keçirilən "Ermənista

Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. Bakı Ağır Cinayətlər Məhkəməsind

İlham Əliyev Putinə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putin

Bu faciə ilə üzləşmiş ailələrə hərtərəfli dəstək göstəriləcək – Prezident

Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslə

Azərbaycanla delimitasiya prosesi... - Kobaxidze

"Biz Azərbaycan və Ermənistanla dostluq münasibətləri saxlayırıq, hər iki dövlətlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər aparılmalıdır". APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazir

Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Tacikistan Respublikasının Avstriya Respublikasındakı səfiri Manuçehir Cobirlə nəzakət görüşü keçirib. xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyada səfirliyini


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber cebheden xeberler en son xeberler cəbhədən son görüntülər