İlham Əliyev Cozef Baydeni təbrik etdi

İlham Əliyev Cozef Baydeni təbrik etdiPrezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib.
Azxeber.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur.
İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.
Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.
Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik.
İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Amerika Birləşmiş Ştatlarına daim əmin-amanlıq və rifah arzulayıram".

Siyasi       Tarix: 03 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az hava cəbhədən görüntülər son xeberler azerbaycan