İlham Əliyev Donald Trampa təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.
KONKRET.az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.
Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.
Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.
Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyan istefa verdi – Ermənistanda yeni hökumət formalaşdırılır
Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu
Tofiq Məmmədov vəfat etdi
"Qalatasaray" Batrakova bu qədər maaş ödəyəcək
Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ
Güləşçimiz gümüş medal qazandı
Ermənistan parlamentinin ilk iclası yarımçıq qaldı - Sədr seçilə bilmədi
Zaur Kamal bağında oğluna ad günü etdi
Hacıqabulda AĞIR QƏZA: Bir nəfər öldü - FOTO
Slovakiyada təyyarə qəzaya uğradı: Ölənlər var
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra öldü
Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Şəkidə 58 yaşlı kişini tok vurub öldürdü