İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir. Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə etmişdir.
Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Siyasi       Tarix: 01 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsind

Tramp İrana xəbərdarlıq etdi: "Öhdəlikləri yerinə yetirməsələr..."

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi və regional siyasəti ilə bağlı sərt mövqeyini bir daha nümayiş etdirib. KONKRET.azxəbər verir ki, Tramp bəyan edib ki, əgər İran imzalanmış saziş üzrə öhdəliklərini yerinə yetirməzs

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərin

Aİ Ermənistana 34 milyon avro yardım ayırdı

Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən Ermənistanın özəl sektoruna dəstək məqsədilə bu ölkəyə 34 milyon avro vəsait ayırıb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, Aİ-ni

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrilib. xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qad

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyunun 21-də Azərbaycandan Ermənistana ümumi miqdarı min ton olan 17 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Xatırlada

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerin

Rubio BƏƏ, Küveyt və Bəhreynə səfər edir - Nələr olacaq?

ABŞ-ın dövlət katibi Rubio rəsmi səfərlər çərçivəsində Yaxın Şərq ölkələrinə yola düşür.   xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tomi Piqot məlumat yayıb. Səfərin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib. xəbər verir ki, ziyafətdə Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər.az xəbərlər novruz bayramı bugunun xeberleri