İlham Əliyev "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri cənab Bidzina İvanişvilini təbrik etdi
İlham Əliyev "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri cənab Bidzina İvanişvilini təbrik etdi
Prezident İlham Əliyev "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri cənab Bidzina İvanişviliyə məktub ünvanlayıb.
Məktubda bildirilir:
"Hörmətli cənab İvanişvili,
Gürcüstanda keçirilmiş parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qalib gəlməsi münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.
Sədri olduğunuz partiyanın ardıcıl olaraq üçüncü parlament seçkilərində qalib gəlməsi dost Gürcüstan xalqının həyata keçirdiyiniz siyasi kursa dəstəyini bir daha təsdiq etdi.
İnanıram ki, bu qələbəniz ölkənizin daha da çiçəklənməsinə xidmət edəcək, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm". /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına