İlham Əliyev qırğızıstanlı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadır Japarova təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Qardaş Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək birgə fəaliyyətimiz üçün möhkəm zəmin olacaqdır.
Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Qırğız Respublikasına daim firavanlıq və əmin-amanlıq diləyirəm".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı