İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu qarşıladı
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu qarşıladı
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var