İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO 

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistanın başçısı Ramzan Kadırovu qəbul edib.
Bu barədə KONKRET.az -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.
Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.
Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.
Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.
Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.
X X X
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov dedi:
-Hörmətli İlham Heydər oğlu, Azərbaycanı və Çeçenistan Respublikasını daim bir çox cəhətlər birləşdirir. Şəxsən mənim üçün bu, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın Çeçenistan Respublikasının birinci Prezidenti Əhməd Kadırov arasında qardaşlıq münasibətidir. Allah onların hər ikisinə rəhmət eləsin. Onların hər ikisi sülh, sabitlik və mehriban qonşuluq münasibətləri üçün səy göstərirdi, bu səbəbdən mən buraya qonşulara deyil, qardaşlara səfərə gəlmişəm.
2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.
Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək.
Bu günlərdə Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Sizin idmançıları layiqli nəticələr münasibətilə təbrik etmək istəyirəm. Çeçenistan Respublikasında Vladimir Vladimiroviç Putin adına cüdo üzrə Olimpiya Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Əminəm ki, birgə idman tədbirləri faydalı olacaq.
İlham Heydər oğlu, səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan xalqına səmimi-qəlbdən sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayıram.
Səmimi qəbula görə bir daha sağ olun.
X X X
Prezident İlham Əliyev dedi:
-Xoş sözlərinizə görə sağ olun. Bir daha xoş gəlmisiniz. Siz çox düzgün qeyd etdiniz ki, bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər.
Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir.
Sizi bir daha təbrik edirəm. Müşahidələrimə, gördüklərimə və mənə edilən məruzələrə əsasən sizin rəhbərliyinizlə Çeçenistan Respublikasının necə sürətlə inkişaf etdiyini bilirəm. Bu, bizi səmimi-qəlbdən sevindirir. Siz sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial inkişaf üzrə çox böyük uğurlar qazanmısınız.
Siz Azərbaycana ilk dəfə səfər etmirsiniz. Bilirəm ki, Azərbaycan sizin üçün yaxın ölkədir. Əminəm ki, sizi gələcəkdə də Azərbaycanda tez-tez görə biləcəyik. Bir daha xoş gəmisiniz.
Çeçenistanın başçısı Ramzan Kadırov: Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.

Siyasi       Tarix: 11 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"

"Türkiyə Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verməyəcək". KONKRET. -a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüs

AnewZ': Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib

Almaniyanın keçmiş kəşfiyyat rəisi Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur. . Bu barədə məlumatlı mənbələrdən "Anewz"ə bildirilib. . Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfin

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiy

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana

Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır

Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır. xəbər verir ki, bunu İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları ilə azad edilmiş ərazilərə səfər edən Moldovanın keçmiş Baş naziri Çiri

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlə

Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfəri çərçivəsində oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Azərbaycan 2025-ci ilin noyabrınd

Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan

Məkkə Müdafiə Alyansı müdafiə müqaviləsidir. Bu müqavilənin tərəfi olan bir ölkəyə hücum edilərsə, siz onun yanında olursunuz. -a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib. "Bu

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam.az xeberler son xəbərlər iqtisadiyyat xeberleri bugun son xeberler bugun 2026 muharibe