İlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEO

İlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verərək dedi: 
-Cənab Prezident, bu yol 16 yaşayış məntəqəsini əhatə etməklə 50 min əhaliyə xidmət edir. Siz bu yolu çəkdirməklə təkcə Tovuz camaatı üçün deyil, çox insan üçün savab iş görmüsünüz. Belə ki, burada - Haçaqaya deyilən yerdə bu zonada yaşayan insanların bir inanc yeri, piri var. Buraya heç vaxt yol olmayıb. Siz buraya yol çəkdirmisiniz, artıq Balakəndən, Azərbaycanın çox yerindən sakinlər, eləcə də Gürcüstan azərbaycanlıları buraya gəlirlər. 
Prezident İlham Əliyev: Orada yaşayış məntəqəsi var, ya ancaq pirdir? 
Saleh Məmmədov: Yaxınlıqda yoxdur, ancaq pirdir. Cənab Prezident, onu qeyd edim ki, Ağacqala kəndinin 400 sakini yüz illər idi Tovuz rayonunun mərkəzinə Gədəbəy və Şəmkir vasitəsilə gəlirdilər. Yol olmayıb. Bu yolun çəkilməsi ilə həmin 400 sakin Tovuz rayonunun mərkəzinə birbaşa gedə biləcək. Bu, çox əhəmiyyətli yoldur. 
Prezident İlham Əliyev: Qovlardan Haçaqayaya qədər məsafə nə qədərdir? 
Saleh Məmmədov: 24 kilometrdir. Bu yolun çəkilməsi nəticəsində insanlar maşınlarla Haçaqayaya qalxa bilirlər. Biz yolun 2 kilometrlik hissəsini dağı partlatmaq üsulu ilə çəkdik. 
Prezident İlham Əliyev: Mənzərəli yerlərdir. Orada turizm inkişaf etdirilməlidir. 
Saleh Məmmədov: Bəli, həmin hissə Tovuzun ən dağlıq əraziləridir. Əvvəllər torpaq və çınqıl əsaslı yol olub, indi asfalt-beton örtüklü yoldur. Cənab Prezident, Siz sərəncamlarınızla kənd yollarını şəhər yollarına çevirmisiniz. 
Prezident İlham Əliyev: İndi kənd yolları elə bil magistral yollardır. 
Saleh Məmmədov: Bəli, əhali də bunu görür və alqışlayır. 
Prezident İlham Əliyev: Burada yolların böyük əksəriyyəti təmirlidir. 
Saleh Məmmədov: 2020-ci il üçün Əyyublu yolu ilə bağlı Sərəncamınız var, cənab Prezident. Sizin sayəsində bu ərazilərdə çox gözəl yollar çəkilib. 2018-ci ildə imzaladığınız Sərəncama əsasən çəkilmiş 32 kilometrlik yol da tam təhvil verilib. Bu yol boyunca 8 min insan yaşayır. Baqqallı deyilən bir kənd var, orada şəfalı bulaq suları var. Bundan başqa, bizim qızıl mədəninə də yollar çəkilib, bu yollarla oraya xammal daşınır. 
Prezident İlham Əliyev: Qızıl mədənləri indi istismar olunur? 
İcra başçısı Məmməd Məmmədov: Bəli işləyir, orada çalışan insanlar çox yaxşı əməkhaqqı alırlar. 
Prezident İlham Əliyev: Kənd camaatı işləyir? Hansı kəndlərdən? 
İcra başçısı Məmməd Məmmədov: Qoşa kəndi. Ətraf kəndlərdən də gəlib işləyirlər. Bu da bizə çox böyük gəlir gətirir. 
Saleh Məmmədov: Cənab Prezident, bu yollar çəkilənə qədər insanlar 50-100 il torpaq yollarla hərəkət ediblər. Bu gün isə Sizin sayənizdə belə abad yollar çəkilib. 
X X X 
Sonra Prezident İlham Əliyev Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala yolunun rəmzi açılışını bildirən lenti kəsdi. 
Sonda xatirə şəkli çəkdirildi. 
4 mart, 14:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.

İlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEOİlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında - YENİLƏNİB+FOTO/VİDEO

Siyasi       Tarix: 05 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri