İlham Əliyev və Donald Tramp arasında yeni görüş ola bilər

İlham Əliyev və Donald Tramp arasında yeni görüş ola bilərYanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq. Təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı – prezidentlər və baş nazirlər yer alacaq.
Dünya liderləri niyə bu toplantıda iştirak etməyə bu qədər maraqlıdırlar?
KONKRET.az xəbər verir ki, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi "Yeni Sabah"a açıqlamasında bildirib ki, onları Davosa toplayan bu forum artıq yalnız iqtisadi müzakirə platforması deyil:
"İllik görüş dünya düzəninə real təsir göstərən mühüm qərar mərkəzlərindən birinə çevrilib. Açıq demək lazımdır ki, bir sıra beynəlxalq institutların, xüsusilə də BMT-nin qərar qəbuletmə mexanizmlərində yaranan ləngimələr və digər çatışmazlıqlar Davosun rolunu daha da gücləndirib. Son illərə qədər dünyanın ən böyük siyasi təşkilatı sayılan BMT-nin bir çox məsələlərdə təsir gücünü qismən itirməsi bu prosesi sürətləndirib.
Davos Forumunun əsas üstünlüyü çevik, bürokratiyadan uzaq və çoxtərəfli dialoq imkanları yaratmasıdır. Burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri, texnologiya nəhəngləri və qlobal fikir liderləri eyni masa arxasında bir araya gəlirlər. Bu da bəzən rəsmi beynəlxalq təşkilatların illərlə müzakirə etdiyi məsələlərin Davosda qısa müddətdə irəli aparılmasına şərait yaradır. Bir çox hallarda burada səslənən ideyalar sonradan beynəlxalq siyasətin və iqtisadi qərarların əsas xəttini müəyyən edir, hətta dünyadakı hadisələrin gedişatına təsir göstərir. Üstəlik, bu təsir yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır, elm və mədəniyyəti, digər sahələri də əhatə edir".
Adəm İsmayıl Bakuvi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunun daimi iştirakçılarındandır:
"Dövlət başçısı müntəzəm olaraq geniş tərkibli nümayəndə heyəti ilə forumun işində iştirak edir, tədbir çərçivəsində dünya liderləri və iri şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirir.
Artıq gələn həftə keçiriləcək forumda da Azərbaycan Prezidentinin iştirakı təsdiqlənib. Dövlət başçısının "Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi" sessiyasında çıxış edəcəyi gözlənilir. Sessiyada Qafqaz regionunda yeni yaranan ticarət dəhlizləri, infrastruktur layihələrindən faydalanma, resurslar uğrunda rəqabət və digər mühüm mövzular müzakirə olunacaq. Bundan əlavə, forumda dünya liderlərinin geniş iştirakı nəzərə alınaraq müxtəlif formatlarda (D-8 çərçivəsi də ola bilər) görüşlərin keçirilməsi də istisna deyil.
Builki toplantıya dair maraqlı məqamlardan biri də odur ki, Davos Forumunun keçirildiyi müddət ərzində ilk dəfə ABŞ  ən geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Bu da Prezident Donald Trampın və onun administrasiyasının  Davos platformasına verdiyi əhəmiyyəti göstərir.
Məhz bu kontekstdə hesab edirəm ki, forum çərçivəsində dövlət başçılarının iş qrafiki imkan verərsə, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında birbaşa təmasların baş tutması real görünür. Bu, son illər strateji tərəfdaşlıq xəttində inkişaf edən Azərbaycan–ABŞ münasibətləri üçün mühüm impuls ola bilər.
Davos 2026 Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakını nəzərə alsaq, üçtərəfli formatda müzakirələrin təşkili də istisna edilmir. Forumun əsas mövzusu dialoq mədəniyyətinə həsr olunduğundan, Zəngəzur dəhlizi, regional kommunikasiyaların açılması və Cənubi Qafqazda dayanıqlı sülh prosesinin irəlilədilməsi kimi məsələlərin qeyri-rəsmi müstəvidə müzakirə olunması mümkündür.
Əminliklə demək olar ki, son illər Davos Dünya İqtisadi Forumu sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərarası dialoqun, qeyri-rəsmi diplomatiyanın və strateji razılaşmaların formalaşdığı əsas qlobal məkanlardan birinə çevrilib. İnanıram ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də dövlətimizin maraqlarını yüksək səviyyədə müdafiə edəcək və baş tutacaq görüşlər nəticəsində İsveçrədən ölkəmiz üçün mühüm siyasi və iqtisadi nəticələrlə qayıdacaq".

Siyasi       Tarix: 17 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat novruz bayramı maşın realiti şou valyuta mezenesi