İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİB
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar.
İstismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas təsiri özünü insanların yaşayış səviyyəsində göstərir. Dövlət daha çox aztəminatlı və xüsusi diqqət tələb edən təbəqənin sosial qayğılarının həllinə çalışır. Bu zaman dövlət məsələyə həm də kompleks yanaşır və bu yanaşma bütün əhali təbəqələrini əhatə edir. Bu sırada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Artıq bu kateqoriyadan olan insanlar üçün ölkənin müxtəlif ərazilərində salınan yeni qəsəbələrdə və müasir yaşayış komplekslərində 300 mindən çox insan məskunlaşıb. Şəhid ailələrinin, müharibə veteranlarının mənzillərlə təmin olunması da dövlətin sosial siyasətinin prioritetləri sırasına daxildir. Dövlət həm də təbii fəlakətdən zərər görən vətəndaşların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır. Baxmayaraq ki, təbii fəlakət hər bir ölkədə baş verir, amma başqa ölkələrdən fərqli olaraq Azərbaycanda təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşın qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur. Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə gələn dövlətimizin başçısı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verdi və sərəncamlar imzaladı. Bunun nəticəsi olaraq indiyədək çoxlu sayda yeni ev və çoxmərtəbəli bina tikilmiş və bərpa olunmuşdur.
Dövlətimizin başçısı və Birinci vitse-prezident daha sonra zəlzələdən zərər çəkənlər üçün inşa olunmuş 110 mənzilli binalardakı mənzillərə baxdılar. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1 219 ev bərpa və 1 125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. 1 560 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi üçün yeni korpusun inşası və digər korpusun əsaslı təmiri davam etdirilir.
Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək Fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb, 290 yerlik 4 körpələr evi-uşaq bağçası, 360 şagird yerlik Məlikçobanlı kənd tam orta məktəbi üçün yeni binalar tikilib və 408 şagird yerlik Carhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir.
17:14
Mayın 25-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar.
AZƏRTAC xəbər verir ki, daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlanıblar.
Məlumat verilib ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.
İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO + YENİLƏNİB

Siyasi       Tarix: 25 may 2020
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler