İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda yaradılan şəraitlə tanış oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısına və birinci vitse-prezidentə Füzuli Beynəlxalq Hava Limanında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.







Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR