İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.
Bir sıra sahələrdə, o cümlədən şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar ayrılıb.
Şamaxıya səfəri zamanı həmin nəqliyyat vasitələri və texnikalar dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olunub. Bildirilib ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb. Rayonda sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün 10 avtobusu ayrılıb. Rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Şamaxının səhiyyə potensialına üç təcili tibbi yardım avtomobili və bir reanimasiya maşını əlavə olunacaq.
Bundan başqa, rayonun bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün çoxlu sayda ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskovator və digər texniki vasitələr ayrılıb. Bu təşəbbüs dövlət başçısının regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün apardığı sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir.
Ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən Prezident İlham Əliyev deyib:
- Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir - həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.
Prezidentin köməkçisi Anar Ələkbərov: Oldu, cənab Prezident, aydındır.
Prezident İlham Əliyev: Mən göstəriş vermişdim k, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də, həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir.
Anar Ələkbərov : Cənab Prezident, Sizə təşəkkür edirik.
16:57
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.
AZƏRTAC xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb.
Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.
Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİB

Siyasi       Tarix: 25 may 2020
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler