İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma qəbiristanlıqda və türbədə aparılan abadlıq, bərpa və təmir işləri barədə məlumat verərək deyib:
- Cənab Prezident, ümumilikdə bu, Nəsiminin qardaşı Şahi Xəndanın xatirəsinə Şahxəndan qəbiristanlığı adlanır. Qəbiristanlıqdakı bu ərazi kənarda gördüyünüz məhəccərlərlə hörülü idi. Biz əhali ilə fərdi söhbət apardıq, xahiş etdik, icazə aldıq, məhəccərləri sökdük və ərazini abadlaşdırdıq.
Prezident İlham Əliyev: Görürəm, abadlaşdırılıb, qədim məzarlardır.
Tahir Məmmədov: Bunlar qədim məzarlardır. Bu məzarların hamısını torpağın altından çıxartdıq.
Prezident İlham Əliyev: Neçənci əsrə aiddir?
Tahir Məmmədov: Ümumilikdə Şahi Xəndanın qəbri XIV əsrə aiddir və bu qəbiristanlıq o dövrdən mövcuddur.
Prezident İlham Əliyev: Şəhər qəbiristanlığı kimi istifadə olunur?
Tahir Məmmədov: Bəli, hələ də istifadə olunur. Əlavə yerlər var. Şamaxıda bu cür iki böyük qədim qəbiristanlıq var. Bu, və Yeddi günbəz qəbiristanlığı, hansında ki şahın ailə üzvləri dəfn olunubdur. Abadlıq işlərindən sonra burada belə bir genişlik yaranıb.
Prezident İlham Əliyev: Görürəm, bu əraziyə əl gəzdirilib.
Tahir Məmmədov: Biz indi fərdi şəkildə söhbət aparırıq ki, bütün bu məhəccərləri ərazidən götürək və ərazi bu cür açılsın. Arxada da çox qədim qəbirlər var, turistlər rahat keçib oraya da baxa bilsinlər. Buraya xaricdən çox turist gəlir və buranın energetikası üçün bu binaya toxunurlar, gəzirlər.
Cənab Prezident, gəldiyimiz bu yol əvvəlcə asfalt idi. Abidənin təxminən müəyyən hissəsi gördüyümüz hündürlükdə torpaqla örtülü idi. Biz avstriyalı bərpaçı-memar Erik Pumerin tövsiyələri və onun təlimatı əsasında bu işləri apardıq, Heydər Əliyev Fondunun dəstəyi ilə. Birinci təlimat bundan ibarət idi ki, biz abidəni sudan azad etməliyik və bura gördüyümüz səviyyəyə - abidənin bünövrəsindən də aşağıya qədər qazıldı.
Prezident İlham Əliyev: Qapının da bir hissəsini torpaq örtmüşdü.
Tahir Məmmədov: Bəli, örtmüşdü və çöldən sular içəri sızırdı və orada rütubət çox idi. Ona görə binanın tam konservasiyasına qədər təlimat üzrə üstünü belə örtülü saxlayacağıq. Konservasiya olunana qədər daşların içi qurumalıdır. Türbənin içi havalandırma sistemi ilə qurudulur. Binanın ətrafında torpaq uçqunlarının qarşısını almaq üçün istinad divarları hörüldü. Memarların təklifi ilə biz binanın eskizini turistlər üçün əyani olsun deyə səkkiz guşəli ulduz formasında yerə həkk etdik.
Prezident İlham Əliyev: Yəni, bu, binanın yuxarıdan görünüşüdür.
Tahir Məmmədov: Bəli, ortası da bu cür dairəvidir.
Mehriban Əliyeva: Yəqin ki, bərpa davam edəcək?
Tahir Məmmədov: Bəli, konservasiya davam edəcək. Daşlar quru olmadığına görə hələ içərisini bərpa etməmişik.
Mehriban Əliyeva: Quruyandan sonra iş davam edəcək?
Tahir Məmmədov: Bəli, davam edəcək.
Dövlətimizin başçısı və birinci xanım türbənin içərisinə daxil oldular.
Mehriban Əliyeva: Burada bir neçə məzar var?
Tahir Məmmədov: Burada iki məzar var. Mülahizələrə görə, biri Nəsiminin qardaşı Şahi Xəndanın qəbridir. Digəri isə bir qadının qəbridir, anasının, yaxud da onun nişanlısının olması ehtimalı var.
Prezident İlham Əliyev: Orada nə yazıldığı bəllidir?
Tahir Məmmədov: Hazırda bizim alimlərimiz onu araşdırırlar.
Mehriban Əliyeva: Yuxarı da yaşıldır.
Tahir Məmmədov: Bəli, tavanı tamamilə mamır örtmüşdü. İndi daşlar quruyub, gözlə görünür. Yaza, yaya qədər qurutma prosesi davam etməlidir.
Prezident İlham Əliyev: Bura mühafizə olunmalıdır. Gözətçilər var?
Tahir Məmmədov: Bəli, gözətçilər var.
Mehriban Əliyeva: Yəqin ki, məzarlar da torpağın altında olub, üstünü su örtüb.
Tahir Məmmədov: Torpaqdan içəri daim su sızırdı. Ona görə bu məzar daşları rütubətdən kövrəlib qırılıb. Həmin təlimat üzrə arxa tərəfdə, bünövrədən yuxarı xüsusi işlər görülüb. Orada heç bir sementdən və başqa materialdan istifadə olunmayıb.
Prezident İlham Əliyev: Bu da səkkizguşəli ulduzdur. İndi gərək alimlər gəlib bu yazıların tərcüməsini bizə təqdim etsinlər.
Tahir Məmmədov: Sovetlər dönəmində bura bir dəfə bərpa olunub. O vaxt sementdən, digər materiallardan istifadə ediblər, hansı ki bu, uyğun deyil. Cənab Prezident, bu, Sizin bizə ilk tapşırıqlarınızdan biri idi. Təbii ki, çalışırıq çox məsuliyyətlə və həssas yanaşaq. Tapşıranda da demişdiniz ki, müasir standartlara uyğun konservasiya etmək lazımdır.
Prezident İlham Əliyev: Yaxşı ki, siz xarici mütəxəssisləri bu işlərə cəlb etmisiniz. Deyəsən, həmin şirkət Qız qalasının da konservasiyası ilə məşğul olub?
Mehriban Əliyeva: Bəli, Avstriyanın.
Dövlətimizin başçısı və birinci xanım türbənin önündə şəkil çəkdirdilər.
Prezident İlham Əliyev: Burada da qədim məzarlar var. Turistlər buraya gəlirlər?
Tahir Məmmədov: Bəli, turistlər çox gəlirlər. Nəsimi festivalında xaricdən Nəsimi irsini araşdıran alimlər çox gəlmişdilər. Türbəyə çox böyük məhəbbətlə, diqqətlə yanaşdılar.
Prezident İlham Əliyev: Bura çox yaxşı abadlaşdırılıb.
Tahir Məmmədov: Cənab Prezident, indi Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıdakı tarixi Gülüstan qalasının bərpası layihəsinin üzərində iş gedir. Bu işi də Avstriyadan olan bərpaçı alimlər görürlər. Artıq 3D skan prosesini bitirib, indi modelini hazırlayırlar. Sonra isə bərpa prosesi nəzərdə tutulur.
Prezident İlham Əliyev təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.
12:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib.
Son illər Azərbaycanda tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla ümumilikdə, tarixi-mədəni irsimizin qorunub-saxlanılmasında, gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Bu baxımdan Şamaxıda Şahxəndan türbəsinin ətrafında geniş abadlıq işlərinin aparılması da xüsusi əhəmiyyəti ilə seçilir. Yaxın vaxtlarda isə abidənin konservasiyasına başlanacaq.
Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük addımlar atan Heydər Əliyev Fondu tərəfindən "Nəsimi ili" çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb.
Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTOİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu