İlham Əliyev və Rixard Raşi Bakıda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya parlamentinin sədri Rixard Raşi Bakıda keçirilən görüş zamanı yerli bazarda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər.
azxeber.com xəbər verir ki, bu barədə Rixard Raşi "Facebook"da məlumat yayıb.
Raşi qeyd edib ki, Azərbaycan Prezidentinin 2025-ci ilin dekabrında Slovakiyaya ilk rəsmi səfərindən sonra İlham Əliyevlə yenidən görüşmək onun üçün şərəf olub.
Sədrin sözlərinə görə, Bakıda keçirilən görüş zamanı tərəflər Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlığın gələcək inkişafını müzakirə ediblər.
"Biz enerji təhlükəsizliyi, Slovakiya investisiyalarının dəstəklənməsi, eləcə də Azərbaycanda Slovakiya şirkətləri üçün yeni imkanlar barədə danışdıq", - Raşi yazıb.
O həmçinin bildirib ki, danışıqların mövzularından biri Slovakiya ekspertlərinin iştirak etdiyi Qarabağdakı "ağıllı kənd" layihəsi olub. Raşi Slovakiya şirkətlərinin ölkədən kənarda müasir layihələr həyata keçirmək bacarığı nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK