İlham Əliyev: "Zəngəzur dəhlizi yeni bağlantı layihəsidir və..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin "Fox News" telekanalına müsahibə verib. Telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
KONKRET.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: "İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq".
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.
Dövlətimizin başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında "Azərbaycan Hava Yolları"nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. "Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik", – deyə Prezident İlham Əliyev əlavə edib.
Xidmetler [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var