İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu

İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubuİlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu ünvanlayıb. 
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Sizi – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini təşkilatınızın 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 
Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə "Könüllülər ili" ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir.
Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır.
Xalqımızın tarixən çətin məqamlarında həssaslığı və operativliyi ilə seçilmiş Qızıl Aypara Cəmiyyətinin öz məramına sadiq qalaraq fədakarlığını Ermənistanın respublikamıza qarşı işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından qovulan bir milyondan çox soydaşımızın sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və sonrakı reabilitasiyasında da davam etdirməsi təqdirəlayiqdir.
Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarındandır.
İnanıram ki, Qızıl Aypara Cəmiyyəti öz ənənələrini layiqincə yaşadaraq, ölkəmizin sosial-ictimai həyatında özünəməxsus yerini qoruyacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə dövlətimizin həyata keçirdiyi proqramlarda bundan sonra da əzmkarlıq nümayiş etdirəcəkdir". /oxu.az

Siyasi       Tarix: 06 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri