İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlandı - VİDEO

İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlandı - VİDEOAzərbaycan Televiziyası (AzTV) Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.
AzTV-dən Azxeber.com-a verilən məlumata görə, film "Prezident. Təkrarsız diplomatiya" adlanır.
Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.
Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.
R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.
V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.
N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.
"Prezident. Təkrarsız diplomatiya" filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.
Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.
Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.
Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.
Film Prezident İlham Əliyevin doğum günü - 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.

Siyasi       Tarix: 20 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en son xəbərlər bugün xeber.az 2026 ensonxeberler