İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıb

İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbPrezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərinin açılış mərasimində çıxışı xarici mediada geniş işıqlandırılıb.
KONKRET.az xəbər verir ki, Türkiyənin aparıcı media qurumları – Anadolu Agentliyi, "TRT", "Haber Global" media qurumları, "Yirmidört.tv", "Haberler.com", "Ekovitrin", "Son dakika" və digər onlayn media qurumlarında, "Akşam" və digər qəzetlərdə tədbir barədə silsilə məqalələr dərc edilib.
"Prezident Əliyev: Azərbaycanın təbii qaz qıtlığı aradan qaldırılıb", "Bakıda 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisi işə başlayıb", "Azərbaycan Prezidenti Əliyev: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib", "Prezident Əliyev Bakı Enerji Həftəsində çıxış etdi: Azərbaycan Avropanın qaz təchizatçısıdır" və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin tədbirdəki çıxışı xüsusilə diqqət mərkəzində saxlanılıb.
Dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, "Şahdəniz" layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir və Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır: "Bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi".
Yazılarda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı qeyd edilib ki, son 30 il ərzində Azərbaycanın imzaladığı bütün müqavilələr tam həyata keçirilib: "Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik".
Türkiyə mətbuatında Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpaolunan enerji potensialı barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb: "2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır". Bundan başqa, qardaş ölkə mediası dövlətimizin başçısının "Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir" fikri də oxucuların diqqətinə çatdırılıb.
Yazılarda ildən-ilə miqyası genişlənərək Bakı Enerji Həftəsi adlandırılan bu tədbirin ilk dəfə 1994-cü ildə keçirildiyi və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığı qeyd olunub. Xəbərlərdə 30-dan çox ölkədən 300 şirkətin iştirak etdiyi sərgilərdə neft hasilatı və enerji nəqli, neft və təbii qazın saxlanması və xidmətlərinə dair innovativ texnologiyaların nümayiş etdirildiyi bildirilir.
Rusiya mediası da Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırıb. Bu ölkə mətbuatında yayımlanan materiallarda Azərbaycanın dövlət başçısının qaz ixracının coğrafiyasının genişləndirilməsi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib. Azərbaycan lideri vurğulayıb ki, bu gün bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. "Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan daha bir neçə ölkə ilə danışıqların aktiv fazası gedir", – TASS Agentliyi Prezident İlham Əliyevin çıxışından sitat gətirib.
"PRIME" İqtisadi İnformasiya agentliyi dövlət başçısının bu il Azərbaycandan qaz ixracının həcminin 24 milyard kubmetrdən çox olacağı barədə dediklərinə istinad edib.
"Neft i kapital" nəşri yazıb ki, Azərbaycan 5 ildən sonra bərpaolunan enerji gücünün 2 qiqavatını təqdim edəcək. Nəşrin Azərbaycan Prezidentinin çıxışına həsr olunmuş materialında, həmçinin bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionları böyük hidroenergetika potensialına malikdir.
"Vestnik Kavkaza" agentliyi Azərbaycan Prezidentinin çıxışından çıxarışlar dərc edərək Azərbaycanın son 30 ildə imzaladığı bütün razılaşmaların tam şəkildə yerinə yetirildiyini xüsusi vurğulayıb. Bunun sayəsində respublika yaşıl enerji və bərpaolunan resursların istehsalını inkişaf etdirməyə müvəffəq olub. "Şahdəniz" layihəsi Azərbaycanda qaz qıtlığına son qoydu", – agentlik əlavə edib.
İspandilli mediada da Bakı Enerji Həftəsinə və dövlətimizin başçısının çıxışına dair məqalələr yayımlanıb. İspaniyanın "Invest.com", "El Periódico de la Energía" nəşrlərində, eləcə də İsveçrənin ispan dilində yayımlanan "Swissinfo" portalında yer alan yazılarda bu gün Azərbaycan qazının altısı Avropada yerləşən səkkiz ölkəyə ixrac olunmasından, Azərbaycanın qaz ixracının coğrafiyasını genişləndirməyi planlaşdırmasından və enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan qazına ehtiyacı olan bir neçə ölkə ilə fəal danışıqların aparılmasından söz açılıb. Məqalələrdə bu il ölkəmizin 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP kəmərinin Azərbaycan qazını Xəzər dənizindəki yataqlardan Avropaya nəql etməsi və onun Cənub Qaz Dəhlizinin bir hissəsi olması xüsusi vurğulanıb. Bundan başqa, yazılarda dövlətimizin başçısının 2023-cü ildə Azərbaycanın TAP vasitəsilə Avropaya 11,8 milyard kubmetr qazın nəql etməsi, ümumilikdə ixracı nəzərdə tutulan 24 milyon kubmetr qazın təxminən 12 milyard kubmetrinin Avropanın payına düşməsi, bu göstəricinin 2021-ci ildə 8 milyard kubmetrdən çox olması barədə fikirləri diqqətə çatdırılıb. İspandilli media qurumları Azərbaycanın TAP vasitəsilə qaz tədarükünü artırmaq üçün səylərini daha da artırması barədə Prezidentin fikirlərinə xüsusilə geniş yer verib.
Enerji məsələləri ilə bağlı ərəb dilində yayımlanan nüfuzlu "Attaqa.net" nəşri də dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, Azərbaycanın yaşıl enerji siyasəti barədə xəbərlər dərc edib. Xəbərlərdə dünyada enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 30-dan çox ölkədən 300-dək şirkətin qatıldığı və mühüm müzakirələrin aparıldığı, eləcə də ABŞ və Türkiyə prezidentlərinin tədbirlə bağlı təbrik məktubları ünvanladıqları bildirilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycanın qaz ixracını artırması planları ilə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialından istifadə istiqamətində atdığı addımlar barədə də məlumat verilib və Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirləri əksini tapıb. Məqalələrdə Azərbaycanın bərpaolunan enerji sahəsində əməkdaşlığı inkişaf etdirməsi, Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə məlumat verilib. Bundan başqa, SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələrin imzalandığı da qeyd olunub.
İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıbİlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı xarici mediada işıqlandırılıb

Siyasi       Tarix: 05 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ Yaxın Şərqdəki bazalarını köçürməyə hazırlaşır

Pentaqon Yaxın Şərqdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə İrandan potensial zərəri azaltmaq üçün Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarını köçürməyi nəzərdən keçirir. KONKRET.azaxaraz-a istinadən xəbə

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci ildən yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır. Hər iki ölkə prezidentlərini

Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 22-də Haaqa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub. xəbər verir ki, bu barədə Azərbaycan XİN məluma

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb. xəbər verir ki

ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək

ABŞ administrasiyası Türkiyənin milli döyüş təyyarəsi "TAI Kaan" üçün "General Electric" şirkətinin istehsalı olan onlarla aviasiya mühərrikini tədarük etməyə hazırlaşır. xəbər verir ki, "Reuters"

Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Burkina Faso Federal Milli Şurasını

SEPAH-a casusluq edən Türkiyə vətəndaşı saxlanıldı - Görün nələr törədib

Monteneqro polisi və ABŞ Federal Təhqiqat Bürosunun (FBI) birgə əməliyyatı nəticəsində Kotor kurort şəhərində 39 yaşlı İran və Türkiyə vətəndaşı saxlanılıb. xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanıla

Ermənistan parlamentinin yeni sədri o olacaq

Ermənistan parlamentinin spikeri vəzifəsinə rəsmi namizəd müəyyənləşib. xəbər verir ki, baş nazir Nikol Paşinyan iyunun 25-də "Mülki müqavilə" partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasınd

Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Tərəqqi" medalı ilə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu qurban bayrami 2026 enson xeberler dunya xeberleri