İlham Əliyevin beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir

İlham Əliyevin beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədirİlham Əliyevin beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzindədir. Müxtəlif ölkələrin informasiya platformalarında tədbirlə bağlı 100-dən çox xəbər verilib. Eyni zamanda, tədbir iştirakçısı olan beynəlxalq mərkəzlərin nümayəndələri və bir sıra ekspertlər də sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirləri paylaşıb, həmçinin buna münasibət bildiriblər.
AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin "Anadolu Ajansı", "Yeni Haber", "Sözcü", "Demirören Haber Ajansı", "Mynet", "Gazete Vatan", "Yeni Şafak", "Haber Global" kimi aparıcı KİV-ləri Azərbaycan Prezidentinin çıxışına dair çoxsaylı materiallar, o cümlədən videoxəbərlər hazırlayaraq yayımlayıblar.
Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri Rusiya mətbuatında da geniş yer alıb. ТАСС, "REGNUM", "РИА Новости", "Вестник Кавказа", "Взгляд", "News.ru", "Lenta.ru", MKRU, "Коммерсант", "Eurasia Daily", Газета, РБК, "РОСБАЛТ", "360", "Федеральное Агенство Новостей", "Life", RT, "Известия", "Вести", "Независимая Газета", "Федеральное Агенство Новостей" kimi informasiya agentlikləri, televiziya və qəzetlər dövlət başçısının çıxışına istinadla konfrans haqqında geniş informasiyalar veriblər.
İlham Əliyevin konfransdakı çıxışı Ukraynanın "Ukrinform", "RBK Ukrayna" informasiya agentlikləri, "GORDON", "Segodnya", "Korrespondent", "Dialog", "asmedia.kiev.ua", "GuildHall", "24tv.ua", "News.ua", "Espreso", RBC.ua, "Газета", "Деловая Столица", "112 Ukraine" və digər informasiya mənbələrində də geniş işıqlandırılıb. Ukrayna və rus dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin çıxışındakı bir sıra fikirlər xəbər başlıqlarına çevrilib.
"Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans qonşu Gürcüstanda da KİV-in marağına səbəb olub. Bu ölkənin "report.ge", "interpress.ge", "24news.ge", "kvira.ge", "aktual.ge", "ghn.ge", "accentnews.ge", "1tv.ge", "KavkazPlus" və digər portalları Prezident İlham Əliyevin konfransdakı çıxışından bəzi məqamları oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırıblar.
Azərbaycan Prezidentinin nitqi Bolqarıstanın "Focus-News", Livanın "IMLebanon News", Misirin "Aldiplomacy", Pakistanın "Urdu Point", Hindistanın "United News of India", Moldovanın "Noi.md", Belarusun "Charter97", Litvanın "Slaptai", Qırğızıstanın "turktoday.info" media qurumları tərəfindən də ətraflı işıqlandırılıb.
Prezident İlham Əliyevin "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışından bir sıra məqamlar sosial şəbəkələrdə geniş paylaşılıb. Məsələn, konfransın Türkiyədən olan iştirakçıları Hasan Ünal və Ahmet Uysalın, habelə Pakistanın Qlobal Strateji Elmlər Mərkəzinin tvitlərində tədbirin əhəmiyyəti, Azərbaycan Prezidentinin çıxışındakı nüanslar vurğulanıb.
Bundan başqa, bir sıra xarici ekspertlərin də dövlətimizin başçısının çıxışı ilə bağlı fikirləri diqqəti cəlb edir. ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz ümumilikdə tədbiri beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi kimi dəyərləndirib.
Macarıstanın ingilis dilində yayımlanan "Daily News Hungary" internet resursunun yaradıcısı Alpar Kato isə Prezident İlham Əliyevin "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda səsləndirdiyi fikirlərlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi nailiyyətləri sülhə çevirmək, həmçinin qazanılmış hərbi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltməyə sadiqliyini nümayiş etdirdiyini deyib.
Qeyd edək ki, ilk dəfə olaraq Prezident İlham Əliyevin rəsmi "YouTube" kanalında və "Facebook" səhifəsində canlı yayım formatında təqdim olunan konfransa "Facebook" səhifəsində 120 971 nəfər baxıb, 23 276 nəfər bəyənib və şərh. Həmçinin "YouTube" kanalında konfransa 16 795 baxış olub. /oxu.az

Siyasi       Tarix: 14 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu