İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötürBu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsi günüdür.
KONKRET.az xatırladır ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:
"Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Elə də oldu, xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.

Siyasi       Tarix: 15 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki


yeni xeberler son xeberler azerbaycan xeberleri xabarlar dunya xeberleri maraqlı xəbərlər novruz bayramı